"Məktəbli Kuboku" yarışı keçiriləcək

03.03.2015 | 3348 dəfə oxunub

Martın 4-də Azərbaycan Velosiped İdmanı Federasiyası və Səbail rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "5 mart - Bədən Tərbiyəsi və İdman günü"nə həsr olunmuş "Məktəbli Kuboku" yarışı keçiriləcək. Stadium.Az xəbər verir ki, veloparkda təşkil olunacaq turnir saat 11:00-da başlanacaq.

Yarışda Səbail rayonunun 20-yə yaxın məktəbini təmsil edən komandalar mübarizə aparacaq. Reqlamentə görə, kollektivlər hər birinin tərkibində 3 oğlan və 1 qız iştirakçı olmaqla, estafet sistemi üzrə yarışacaq. İlk 3 yeri tutacaq komandalar AVİF tərəfindən müvafiq olaraq 200, 150 və 100 manat pul mükafatı, həmçinin kubok, medal və diplomla təltif ediləcək.

Ötən ilin dekabrında federasiya tərəfindən Nərimanov rayonunun məktəbləri arasında da pilot layihəli "Məktəbli Kuboku" turniri təşkil edilmişdi. Bütün bu yarışlar isə ümumrespublika "Məktəbli Kuboku" turnirinə hazırlıq xarakteri daşıyır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail