Nazirlikdə üsyan edən cüdoçularla görüş oldu

03.03.2015 | 3215 dəfə oxunub

Bu gün Gənclər və İdman Nazirliyində fevralın 28-də etiraz aksiyası keçirmiş cüdoçularla görüş təşkil olunub. Stadium.az xəbər verir ki, qapalı görüşə Azərbaycan Cüdo Federasiyası rəhbərliyindən vitse-prezidentlər Matvey Yegizarov və Elnur Məmmədli, eləcə də baş katib Elnur Camalxanov qatılıb. 

İdmançılar və federasiya rəsmilərinin fikirlərini nazir müavini İsmayıl İsmayılov dinləyib. İki saatadək davam edən müzakirələrin ardından nazirliyi hamıdan öncə E.Məmmədli tərk edib. Lakin Olimpiya çempionu görüşlə bağlı açıqlama verməkdən imtina edib.
 
İ.İsmayılov isə qısa açıqlamasında cüdoçularla bağlı ciddi problemin olmadığını söyləyib: "Təlim-məşq toplanışları, yarışlar vaxtlı-vaxtında təşkil olunur. Yeganə problem gündəlik xərclə bağlı idi ki, onu da yoluna qoyacağıq". 

Görüşdə iştirak etmiş cüdoçulardan da heç biri danışmaq istəməyib. Əvəzində milli komandanın baş məşqçisi Hacıağa Hacıəhmədov məsələ ilə bağlı daha geniş açıqlama verib. O bildirib ki, görüşdə bütün mövzular müzakirə olunub və bəzi problemlərin çözülməsinə qərar verilib: "Problemlər var idi, bunu az-çox demək lazımdır. İdmançılar, nazirlik və federasiya rəhbərliyi ilə bərabər bu problemlərin həlli istiqamətində müzakirələr apardıq. Problemlər dinlənildi. Onların aradan qaldırılmasına söz verildi. 3 aydır maaş almadığımız barədə xəbərlər yalandır. Bəzi idmançılar var ki, onlar da düzgün istiqamətləndirilməyiblər. Normalda 5-10 gün gec olsa da, maaşlarını alırlar. Maaş məsələsinə bir daha baxılacaq".

H.Hacıəhmədov sutkalıq xərclə bağlı məsələyə də aydınlıq gətirib: "Əvvəlki baş məşqçi Peter Zayzenbaxerin vaxtından "sutoçnı" tətbiq olunurdu. Cüdoçuların təlim-məşq toplanışları və yarışlar zamanı qalmaları, yeməkləri üçün pul ödənilirdi. Bu da gündəlik əlavə 20 avro edirdi. Buna da toxunduq. Məncə, o da həll olunacaq". 

Baş məşqçi bildirib ki, məsələni bu qədər şişirtmək lazım deyil: "Əsas odur ki, 3 aydan sonra I Avropa Oyunları başlayır. Biz də ora hazırlaşmalıyıq. Hər yerdə, hər federasiyada problemlər var. Sadəcə, bu qədər şişirtmək lazım deyil".  

Azərbaycanın bir qrup cüdoçusu fevralın 28-də milli komandaların təlim-məşq bazası ("Neftçi"nin köhnə bazası) önündə etiraz aksiyası keçirib. Aralarında dünya çempionu Elxan Məmmədovla gənclər arasında Avropa çempionu Elmar Qasımovun da olduğu aksiyaçılar əmək haqlarının vaxtlı-vaxtında verilməməsindən, eləcə də təlim-məşq toplanışları və yarışların müntəzəm təşkil olunmamasından narazılıqlarını bildiriblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail