"Bakı-2015" dünya ictimaiyyəti arasında böyük marağa səbəb olub"

02.03.2015 | 3293 dəfə oxunub

Dünyanın beynəlxalq idman hərəkatına həsr olunan ilk frankofon mətbuatda Azərbaycanda keçiriləcək “Bakı-2015” birinci Avropa Oyunlarına hazırlıqdan bəhs edən “Avropa Oyunları 50-dən artıq ölkəyə yayımlanacaq” sərlövhəli məqalə dərc olunub.

Stadium.Az xəbər verir ki, məqalənin əvvəlində mart ayının 4-də “ Bakı-2015” birinci Avropa Oyunlarının açılışına 100 gün qalmasının paytaxtımızda təntənəli şəkildə bayram ediləcəyi diqqətə çatdırılıb.

Yazıda bayram tədbiri ərəfəsində ölkəmizə səfər edən Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə aparılmasından razı qaldıqları xüsusi vurğulanıb.

Məqalədə Avropa Oyunları Əməliyyat Komitəsinin kommunikasiya şöbəsinin direktoru Uilyam Lui-Marinin beynəlxalq əhəmiyyət daşıyan bu tədbirə hazırlıqla əlaqədar geniş müsahibəsi öz əksini tapıb.

Müsahibədə müxbirin “Bakı-2015” Avropa Oyunlarının Amerika Birləşmiş Ştatlarında və Kanadada yayımlanması ilə bağlı bir qədər əvvəl razılıq sənədi imzalandığına və oyunların Avropa qitəsinin hüdudlarından kənarda yayımlanacağı barədə sualına cavabında Uilyam-Lui Mari bildirib ki, Bakıda keçiriləcək Avropa Oyunları dünya ictimaiyyəti arasında böyük marağa səbəb olub. Bir çox ölkələr oyunların gedişini izləmək üçün bizə müraciət edib. ABŞ və Kanada ilə artıq razılıq əldə edilib və hər iki ölkəyə oyunların yayımlanmasına dair sənədə imza atılıb. Bu ölkələrdən sonra Çin, Şimali Afrika, Yaxın Şərq ölkələrinin müraciəti də müsbət qarşılanıb və bu ölkələrin idman həvəskarlarının Bakıda keçiriləcək birinci Avropa Oyunlarını izləmələri ilə bağlı ümumi razılıq əldə edilib və sənəd əsasında rəsmiləşdirilib. Bu gün oyunların birbaşa yayımlanması ilə bağlı artıq 50 ölkə ilə rəsmi razılıq əldə edilib və gələcəkdə bir çox ölkələrin də müraciəti gözlənilir. Ümumilikdə, idman həvəskarları 150 milyondan artıq evdə Avropa Oyunlarının gedişini izləmək imkanı əldə edəcəklər.

İlk Avropa Oyunları ilə bağlı əsas işlərin görüldüyünü, digər məsələlərlə bağlı hazırlıq işlərinin vaxtında başa çatdırılacağını diqqətə çatdıran direktor yarışların dünyada böyük əks-səda doğuracağına əminliyini bildirib və oyunların gedişini işıqlandırmaq üçün çoxlu sayda kütləvi informasiya vasitələri nümayəndələrinin Azərbaycana səfər edəcəklərini, yaxın vaxtlarda yeni vebsaytın fəaliyyətə başlayacağını deyib.

Müsahibədə Avropa Oyunları ilə bağlı reklam kampaniyasına mart ayının sonlarında start veriləcəyi vurğulanıb. Televiziya reklamlarının Avropanın aparıcı ölkələrində, o cümlədən Fransada oyunlarla bağlı təəssürat yaratmaq məqsədi daşıyacağı qeyd olunub.

Sonda direktor Avropa Oyunlarının gedişini izləmək istəyən xarici vətəndaşların və turistlərin Azərbaycana səfərlərini asanlaşdırmaq məqsədilə viza rejiminin sadələşdirildiyini, onlar üçün hər cür şərait yaradıldığını xüsusi vurğulayıb və birinci Avropa Oyunlarının Formula-1 Qran-Pri, İslam Həmrəylik Oyunlarının və nəhayət, 2020-ci ildə futbol üzrə Avropa matçının keçirilməsinə yaşıl işıq yandırdığını bildirib.

Müsahibənin tam mətnini ilə www.francsjeux.com internet portalına daxil olmaqla tanış olmaq mümkündür.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail