İrlandiya da “Bakı-2015”i göstərəcək

27.02.2015 | 2894 dəfə oxunub

“Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsi İrlandiyanın “Setanta Sports” idman kanalı ilə yayım sazişi imzalayıb.

Stadium.az xəbər verir ki, sazişə əsasən, İrlandiyanın idman yarışlarını yayımlayan nüfuzlu “Setanta Sports” şəbəkəsi Avropa Oyunlarını hər gün səkkiz saat, o cümlədən gündəlik əsas məqamları təqdim edəcək. Kanal möhtəşəm açılış və bağlanış mərasimlərini də tamaşaçılar üçün yayımlayacaq.

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Oyunların İrlandiyada yayımlanmasını təmin edəcək sazişin bağlanmasından məmnunluğunu bildirib:"Məqsədimiz birinci Avropa Oyunlarını mümkün qədər geniş tamaşaçı auditoriyasına təqdim etməkdir. Bu məqsədə nail olmaq üçün bundan sonra da səylə işləməyə davam edəcəyik".

“Setanta Sports” şirkətinin təsisçisi və baş icraçı direktoru Maykl Orurk bildirib ki, birinci Avropa Oyunları beynəlxalq idman təqvimində yeni və əsas yarışdır. Bağladığımız saziş İrlandiyanın idman azarkeşlərinə Oyunlarda iştirak edəcək atletlərin çıxışlarını izləməyə imkan yaradacaq.

İrlandiyanın Olimpiya Şurasının prezidenti Patrik Hikki qeyd edib ki, Avropa Oyunlarında ölkəmizi güclü idmançılar təmsil edəcək. Oyunlarda iştirak edəcək idmançılarımız bağlanmış saziş sayəsində öz ölkələrindəki azarkeşlərin dəstəklərinə arxalana biləcəklər. Bu, həm də İrlandiya idmanı üçün yaxşı xəbər olacaq. Ona görə ki, birinci Avropa Oyunları gənclərimizin və geniş ictimaiyyətin baxmaqdan zövq alacağı ruhlandırıcı yarışlardır.

Bu sazişin bağlanması ilə “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi yarışın dünyanın 51 ölkəsində yayımlanmasına nail olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail