"Bakı-2015": voleybol yarışlarında qruplar açıqlandı

26.02.2015 | 3486 dəfə oxunub

"Bakı-2015" I Avropa Oyunları voleybol yarışlarının seçim turunda iştirak edəcək qrupların tərkibini açıqlayıb. Stadium.Az xəbər verir ki, Birinci Avropa Oyunlarının  voleybol yarışlarında 12 kişi və 12 qadın idmançılardan ibarət komandalar iştirak edəcək.

Həmin komandalardan 9 kişi və 9 qadın idmançı Avropanın son reytinq siyahılarında tutduqları yerlərə görə seçim mərhələsindən keçiblər.

Ev sahibi kimi Azərbaycanın milli komandası seçim mərhələsində birbaşa iştirak edəcək. Digər iki komanda Avropa Voleybol Konfederasiyasının Liqasının son dörd yarışlarında tutduqları yerə əsasən iştirak etmək hüququna layiq görülüblər.

I Avropa Oyunarında çıxış edəcək voleybol komandalarının yer aldığı qruplar (mötərizədə komandaların Avropa reytinqlərindəki yerləri əks olunub):

Kişilər:

A qrupu: Azərbaycan (34 - ev sahibi), Serbiya (3), Polşa (4), Fransa (7), Finlandiya (8), Türkiyə (13)

B qrupu: Rusiya (1), İtaliya (2), Bolqarıstan (5), Almaniya (6), Belçika (9), Slovakiya (10)

Qadınlar:

A qrupu: Azərbaycan (12 – ev sahibi), İtaliya (2), Türkiyə (4), Polşa (6), Belçika (8), Rumıniya (15)

B qrupu: Rusiya (1), Serbiya (2), Almaniya (5), Hollandiya (6), Xorvatiya (8), Bolqarıstan (10)

Qeyd edək ki, hər qrupdan 4 komanda yarışların 1/4 final mərhələsinə vəsiqə qazanacaq. Voleybol yarışları 13 iyun tarixindən etibarən "Crystal Hall"da keçiriləcək və ümumilikdə 336 idmançı iştirak edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail