Kaxaber Tsxadadze: "Mənim ona qarşı heç bir incikliyim yoxdur"

30.08.2011 | 5132 dəfə oxunub

“İnter”in baş məşqçisi Kaxaber Sxadadzenin müsahibəsi:

-Komanda çempionatda artıq 3 oyun keçirib: bir oyunda qalib gəlib, bir qarşılaşmada məğlub olub, “Bakı” ilə matç isə sonadək oynanılmadı. Mövsümün başlanğıcını ümumilikdə necə qiymətləndirirsiz?

-Nəticələrdən çıxış edərək demək istəyirəm ki, bu o qədər yaxşı başlanğıc olmadı. 3 oyundan cəmi 3 xal toplamışıq. İlk oyunu yaxşı səviyyədə keçirdik. Bu qarşılaşmada oyunun səviyyəsi kifayət qədər yaxşı oldu, hərəkətlər də pis alınmadı. Deyə bilərəm ki, “Qarabağ”la oyunda belə meydançada məzmunlu futbol sərgiləmək çətin idi. Oyunda mübarizə, təlaş və qarışıqlıq vardı. “Qarabağ”la matç kifayət qədər xoşagəlməz təəssüratla yadda yaddı. 3-cü matça gəldikdəsə, düşünürəm ki, çox yaxşı oynadıq. Əgər statistikaya baxsaq, əmin olmaq mümkündür ki, rəqibi bütün mənalarda üstələmişdik. Bu, oyunun təşkilində də görünürdü. Bundan başqa, komanda topa daha çox sahib idik və daha çox qol vəziyyətləri yaratdıq. “Baki” qapımıza yalnız hakim onların xeyrinə cərimə zərbələri təyin etdiyi zaman yaxınlaşırdı. Matçın sonundakı epizod hakim briqadasının yalnız qeyri-peşəkarlığını göstərdi. Onlar sadəcə bu oyunla bacara bilmədilər. Mən hesab edirəm ki, belə gənc hakimləri bu oyuna təyin etmək doğru deyildi. Görünürdü ki, baş hakim çox əsəbilik keçirir. Bir də ki, mən bildiyim qədər, bu oyun bizim qapımıza 11 metrlik cərimə zərbəsi təyin edən yan xətt hakimi üçün Premyer Liqada ilk maçt idi. Fikrimcə, hakimlər 11 metrlik cərimə zərbələrini təyin etməməliydilər. Lakin, digər tərəfdən aydındır ki, “davadan sonra əl-qol atmağın” mənası yoxdur.

İndi bir çoxları bu insidenti müzakirə edirlər. Futbol haqqında futboldan uzaq şəxslər danışmağa başlayıblar. Deyim ki, onlar öz işlərilə məşğul olsalar daha yaxşıdır, futbolusa futbolçulara və bu oyunun mütəxəssislərinə buraxsınlar.

Qeyd edim ki, çempionat kifayət qədər gözlənilməz keçir. Məndə bu fakt müəyyən suallar doğurur ki, “Bakı” 4 oyun keçirib və həmin oyunlarda 4 dəfə penalti yerinə yetirmək hüququ qazanıb, lakin bir dəfə də bu şansdan istifadə edə bilməyib. Ümumiyyətlə, mövsümün başlamasından çox sayda mübahisəli insidentlər yarandı, cəmi 4 tur keçirilib, ancaq bir çox hadisələr baş verib. Nəzərimcə, bu qədər mübahisəli məqamlar son iki ildə yaşanmamışdı. Belə düşünülür ki, bu problemə olduqxa ciddi yanaşmaq lazımdır, axı bu yaxşılığa doğru aparmayacaq. Bu mövsümdə çox sayda proplemlər yarandı və futbol içtimaiyyəti təcili qaydada vəziyyəti qaydasına salmasa, o zaman çox ağır olacaq və belə insidentlər mütləq təkrarlanacaq. Əgər inkişaf və irəliyə doğru getmək istəyiriksə, o halda biz günahı kimlərinsə üzərinə atmamalı, səhvlərimizi etiraf etməyi bacarmalıyıq.

-AFFA-nın İntizam Komitəsi “Bakı” ilə oyunla bağlı qərarını açıqlayıb: “İnter”ə texniki məğlubiyyət verilb, qapıçı Giorgi Lomaya 2, klubun prezidenti Georgi Nikolov isə 5 oyunluq diskvalifikasiya olunublar. Bu qərarla bağlı fikrinizi bilmək istərdik...

-Qapımıza təyin edilmiş penalti epizoduyla bağlı şərh vermək istəyirəm. Diqqər yetirin, bu epizodadək 7 dəqiqə ərzində qapımızın qarşısında tamamilə eyni məqam yarandı. G.Lomaya burada da həmçinin çıxışa oynadı, lakin qonaqların hücumçusu Maris Verpakovskis vəziyyəti düzgün qiymətləndirdi və topdan geriyə çəkilərək vəziyyəti gərginləşdirmədi. Bu da aydındır- axı o, kifayət qədər yüksək səviyyədə oynamış futbolçudur. Nəzərimcə, həmin epizodda qapıçımız G.Lomaya yaxşı təşkil olunmuş təxribata məruz qaldı. Bu, ola bilər ki, “Bakı”nın gənc təcrübəsiz oyunçusundan qaynaqlanırdı. Lakin istənilən halda o, tam mənasıyla topu tutmuş qapıçının üstünə çıxmışdı.

Georgi Nikolovun diskvalifikasiyası barəsində onu deyə bilərəm ki, o, heç zaman texniki zonada olmur. G.Lomayanın diskvalifikasiya olunmasına gəldikdəsə qeyd edə bilərəm ki, biz ona qarşı heç bir cərimə sanksiyaları tətbiq etməyəcəyik. O, matçı yaxşı oynadı, 11 mertlik zərbəni dəf etdi və kifayət qədər inamlı davrandı. Ona yalnız baş verənlərə diqqətlə yanaşmaq lazımdır. Amma istənilən halda hər şey artıq arxada qaldı və biz baş vermiş hadisəni tez unutmalı və yalnız gələcək haqqında düşünməliyik.

-“Bakı” ilə oyundan sonra yaranmış psixoloji çətinlikləri aradan qaldıqmaq mümkün oldu?

-Sponsorlarımızın və klub rəhbərliyinin sayəsində biz bu çətin dövrdə Gürcüstana toplanışa gəldik. Biz hadisələrin mərkəzindən uzaqlaşdıq. Deyim ki, burada bizim üçün çox yaxşı şərait yaradılıb. Futbolçular artıq mənfi psixoloji vəziyyətdən tədqicən çıxmağa başlayıblar. Oyunçularla söhbətdə qeyd etdim ki, həyat belə çətinliklərdən ibarətdir, ancaq biz onlara qalib gəlməyi və xarakterimizi göstərməyi bacarmalıyıq. “İnter” həmişə məzmunlu və təşkilatlanmış futbol sərgiləmiş güclü komandadır və bununla şöhrət qazanıb. Və biz özümüzü göstərməkdə davam edəcəyik.

-Məlumdur ki, komanda burada Gürcüstanın “Dila” və “VİT Georgia” komandalarıyla 2 yoldaşlıq oyunu keçirəcək...

-Biz buraya gəldiyimiz gündən gün ərzində 2 dəfə məşq keçirik,ancaq avqustun 29-dan etibarən oyunöncəsi yükləmələri bir qədər azaltmaşıq. Ona görə ki, 31-də Qorinin “Dila” komandasıyla yoldaşlıq matçı keçirəcəyik. Bundan başqa, sentyabrın 3-də biz “VİT-Georgia” klubuyla qarşılaşacağıq. Sparrinq tərəf müqabillərimiz kifayət qədər ciddi rəqiblərdir, Gürcüstan komandalarına qarşı oynamaq həmişə maraqlıdır. Ayrıca qeyd etmək istərdim ki, biz yüksək keyfiyyətilə seçilən son nəsil süni ot örtüyündə məşq keçirik. Hesab edirəm ki, buraya gəlməkdə və növbəti oyunlara əsaslı hazırlıq keçməkdə düzgün qərar qəbul etmişik.

-Siz dəfələrlə demisiniz ki, komandanın güclənməyə ehtiyacı var. Avqust ayında “İnter” Enio Krastovçevlə gücləndi, artıq məlumdur ki, Diego Souza ilə müqavilə imzalandı. Demək olarmı ki, bu transferlərlə klub heyəti formalaşdırdı? Yoxsa komandada yeni futbolçular olacaq?

-Biz daha bir futbolçuyla güclənmək istəyirik. Bununla bağlı sponsor və klub prezidentilə söhbət etmişik. Deyim ki, bu oyunçu hücum planında oynayır. Hazırda biz ondan cavab gözləyirik. Bu futbolçuyla bağlı vəziyyət yaxın günlərdə aydınlaşacaq. Qeyd edim ki, biz kim gəldi komandaya cəlb etmək istəmirik, məsələ futbolçuların sayında deyil, onların keyfiyyətindədir və “İnter”ə keçən futbolçu mütləq kifayət qədər yaxşı səviyyədə olmalıdır. Bundan başqa, biz yerli gənc futbolçularla da işləyirik. Onlar çox yaxşı artırırlar və bu da məni çox sevindirir. Təəssüf ki, çoxları buna diqqət yetirmir. Əlavə edim ki, Enio Krastovçev zədə aldı və bir ay meydançalardan kənarda qalacaq. Sevindirir ki, Diego Souzayla müqavilə imzalandı, lakin indi o, bir qədər hazırlıqsız vəziyyətdədir. Bu oyunçuya üzərində fərdi qaydada çox işləmək lazımdır. Bundan başqa, Samir Zərgərov komandayla məşq etməyə başlayıb, ancaq o, optimal formadan hələ uzaqdır. Vladimir Levin də fərdi proqramlar üzrə məşqlər edir və yavaş-yavaş bərpa olunur.

-“Simurq”la oyuna təxminən iki həftə qalır, ancaq bununla belə, bu oyun barədə fikirlərinizi bilmək istərdik...

-Mən “Simurq”un “Bakı” komandasına qarşı oyununu izlədim. İkinci nömrə altında hərəkət edərək onlar çox kompakt şəkildə oynadılar. Onların futbolçuları böyük istək və fədakarlıqlarıyla seçilirlər. Ola bilər ki, ustalıqla bağlı problemləri var, lakin sadaladığım keyfiyyətlərlə də özünü göstərmək olar. Bizi çox çətin oyun gözləyir, onlar bizə qarşı həmişə xüsusi koklənirlər. Mən artıq 3 ildir “İnter”i çalışdırıram və bu müddət ərzində “Simurq”a qarşı matçımız çox mürəkkəb alınıb. Qarşıdakı oyun bizim üçün çox vacibdir və qələbə üçün əlimizgən gələni etməliyik.

-Bundan başqa, bu oyuna o fakt xüsusiyyət verir ki, hazırda “Simurq”un heyətində əvvəllər “İnter”in şərəfini qorumuş iki futbolçu çıxış edir. Söhbət Andreys Rubins və Robertas Poşkusdan gedir...

-Andreys Rubinsə gəldikdə deyə bilərəm ki, biz onu heç hara buraxmamışdıq,o , özü komandanı tərk etmək qərarına gəlmişdi. Lakin təəssüf ki, futbolçu “Qarabağ”da oynaya bilmədi. Qeyd edim ki, mən ona çox hörmət edirəm və həmişə hörmət etmişəm. Biz onunla komandanı tərk etdikdən sonra da tez-tez görüşürdük. Mənim ona qarşı heç bir incikliyim yoxdur. Bundan başqa, biz Robertas Poşkusun peşəkarlığına şübhə etməmişik. Hər iki futbolçuya yeni klubunda uğurlar arzulayıram. Onlar “İnter”ə çox xeyir veriblər və hər iki futbolçuya minnətdarlıqdan başqa heç nə arzulaya bilmərəm. İndi onlar “Simurq”un şərəfini qoruyurlar və bu komandanın xeyrinə bacardıqlarını etməlidirlər, özlərini maksimum şəkildə göstərməlidirlər, axı bu elə peşəkarlıqdır, bu, onların klub qarşısında vəzifələridir.



  #3   Adınız: Necef;   E-mail: ---

30.08.2011 23:54

Gunah onu burada saxlayandadi axi

  #2   Adınız: Mahir Elturan;   E-mail: ---

30.08.2011 23:53

Kaxa yene gapliyib. Cox alcaq adamdi bu. Onu buradan qovmaq
lazimdi

  #1   Adınız: Fariz Hesenli;   E-mail: ---

30.08.2011 23:52

Ä°nsanda sifet var da hele de danisir . Bunun kimi ikiuzlu adam
hele gormemisem

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail