Millimiz Almaniyada fiaskoya uğradı

20.02.2015 | 2982 dəfə oxunub

Azərbaycan cüdoçuları 2015-ci ilə fiasko ilə başlayıblar. Stadium.Az xəbər verir ki, bu uğursuzluq Almaniyanın Düsseldorf şəhərində keçirilən Qran-pri turnirində qeydə alınıb.

Belə ki, ilk yarış günündə tatamiyə çıxan yığmamızın 4 idmançısı birinci görüşündəcə məğlubiyyətə üzülüb. Təmsilçilərimizdən 60 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov fransalı Sofian Milu qarşısında cəmi 69 saniyə duruş gətirə bilib. Onunla eyni çəkidə yarışan İlqar Müşkiyev Belarusun şərəfini qoruyan həmyerlimiz Arif Bağırova uduzub.

66 kq çəki dərəcəsində gücünü yoxlayan Nicat Şixəlizadə isə rusiyalı Yakub Şamilov qarşısında aciz qalıb. Zədədən yeni qayıdan Qran-prinin qalibi 145 saniyəyə ippona düşüb. Şixəlizadə ilə eyni çəkidə tatamiyə çıxan Tərlan Kərimov da eyni aqibəti yaşayıb. O, sloveniyalı Adrian Qombotsa uduzaraq, yarışla vidalaşıb.

Qeyd edək ki, fevralın 22-də başa çatacaq yarışda Hacıağa Hacıəhmədovun yetirmələrindən Rüstəm Orucov, Hüseyn Rəhimli (hər ikisi 73 kq), Rüstəm Alimli, Hüseyn Rəhimli (hər ikisi 81 kq), Ramin Qurbanov, Tural Səfquliyev (hər ikisi 90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) də nəyə qadir olduğunu nümayiş etdirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail