Rioya yol Xorvatiyadan başlayır

13.02.2015 | 3217 dəfə oxunub

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" 2015-ci il mövsümünə Xorvatiyada start verəcək. Stadium.Az xəbər verir ki, təmsilçimiz fevralın 15-də Beynəlxalq Velosipedçilər İttifaqının birgünlük 1.2 kateqoriyalı "Laguna Porec" Qran-Prisində mübarizə aparacaq.

İlin ilk yarışında "Synergy Baku"nun şərəfini Azərbaycanın Elit və U-23 komandalarının üzvləri Elçin Əsədov, Maksim Averin, Ənvər Asanov, İsmayıl İlyasov və Samir Cəbrayılov qoruyacaq. Bundan başqa, Markus Eybeger, Aleksandr Surutkoviç və komandanın yeni üzvü, Sloveniya çempionu Matey Müqerli də bu yarışda mübarizə aparacaq.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Yay Olimpiya Oyunlarından öncəki il də daxil olmaq şərtilə, velosipedçilər iştirak etdikləri beynəlxalq yarışlarda uğurla mübarizə aparmaqla 4 illiyin zirvə yarışına lisenziya xalları toplayacaqlar. Elə bu səbəbdən də, komanda üzvlərimizin qarşısında duran əsas məqsəd bu yarışlarda lazımi nəticə əldə etməklə Rio-2016 Yay Olimpiya Oyunlarında iştiraka nail olmaqdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail