Azad Rəhimov: "Azərbaycan idmanın maliyyələşdirilməsini azaltmayacaq"

12.02.2015 | 3548 dəfə oxunub

Azərbaycan "Bakı-2015" ilk Avropa Oyunlarından sonra idman sahəsinin maliyyələşdirilməsini azaltmaq niyyətində deyil. Bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

Stadium.Az xəbər verir ki, nazir bildirib ki, ölkədə idmanın maliyyələşdirilməsi üzrə artıq xüsusi sistem qurulub ki, bunun da dəyişməsi bir qədər real görünmür:

"İdman yarışlarının sayı ilbəil artır. Bununla yanaşı, 2016-cı ildə Rio-de-Janeyro şəhərində Yay Olimpiya Oyunları keçiriləcək. Olimpiya Oyunlarına isə xüsusi hazırlıqlar gedir, idmançılar hazırlanır. Ehtiyat qüvvənin hazırlanması üçün lazımi işlər görülür. Təbii ki, bütün bunları nəzərə alsaq, idmanın maliyyələşdirilməsində hansısa dəyişikliklərin baş verə biləcəyinə inanmaq çətindir".

"Bakı-2015" Avropa Oyunlarının büdcəsinə gəlincə, nazir qeyd edib ki, bu, iki hissədən ibarətdir: "Birinci hissə 2018-ci ilə qədər təsdiq olunmuş investisiya proqramına daxildir. Burada bütün sahələrlə yanaşı, idmana da yer verilib. İkinci hissə isə "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin büdcəsidir. Buraya maaşlar, texnologiya sistemləri, müvəqqəti qurğular, kommunikasiya, təbliğat işləri və gündəlik tələb olunan xərclər daxildir. Bütün bunlara 950 milyon manat ayrılıb ki, hazırda bu vəsaitin 300 milyondan çoxu xərclənib. İnvestisiyanın digər hissəsi isə 68 min nəfərlik Olimpiya Stadionu, Su İdmanı Sarayı, Stend Atıcılığı İdman Kompleksinin tikintisi üzrə işlərə yönəldilib". (trend)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail