Bakı-2015: Atletika yarışlarında Azərbaycan favoritlərdən olacaq

11.02.2015 | 3355 dəfə oxunub


İyunun 12-dən 28-dək Bakıda keçiriləcək I Avropa Oyunlarında atletika yarışlarının bəzi detallarına aydınlıq gəlib. Stadium.AZ saytının məlumatına görə, iyunun 21-22-də təşkil olunacaq bu növ üzrə mübarizədə qitənin üçüncü liqasında qüvvəsini sınayan yığmalar mükafatçıları müəyyənləşdirəcəklər.

 

Belə ki, cəmi 1 dəst medal uğrunda yarışda millilər komanda şəklində güclünün adına aydınlıq gətirəcəklər.

 

Artıq Bakı-2015-ə qatılacaq yığmaların da böyük əksəriyyəti dəqiqləşib. Hələ rəsmi açıqlanmasa da, Azərbaycanın ev sahibi kimi mübarizə aparacağı atletika yarışlarında Albaniya, Andorra, Ermənistan, Avstriya, Bosniya və Herseqovina, Gürcüstan, İsrail, Lixtenşteyn, Lüksemburq, Makedoniya, Malta, Moldova, Monako, Monteneqro, San-Marino və Slovakiya millilərinin iştirak edəcək.

 

Avropa Oyunlarında bu növdə 20 komandanın iştirakı nəzərdə tutulub ki, digər 3 ölkə də bugünlərdə müəyyənləşəcək. Bundan sonra isə iştirakçıların hamısının adı rəsmən açıqlanacaq.

 

Qeyd edək ki, ötən il təşkil olunan III liqada Azərbaycan millisi 5-ci yeri tutub. İlk 2 pillədə qərarlaşan Kipr və İslandiya isə yuxarı liqaya yüksəldiyindən komandamızı favoritlərdən saymaq olar. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail