"Vaşington Post" "Bakı-2015"dən yazdı

09.02.2015 | 3495 dəfə oxunub

"Vaşington Post” qəzetində "Bakı-2015" Avropa Oyunlarına həsr edilmiş məqalə dərc olunub. Stadium.Az xəbər verir ki, məqalədə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq işlərinin son mərhələdə olduğu qeyd edilir.

Yazıda həmçinin Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin fevralın 6-da Bakıda keçirilən mətbuat konfransında söylədiyi fikirlərdən sitat gətirilir: “Biz 6-8 il əvvəl bu oyunların keçirilməsinin uyğunluğunu araşdırmaq üçün icazə alanda çoxları gülürdü və fikirləşirdilər ki, bu, heç zaman baş verməyəcək. Lakin bu gün biz düz yoldayıq”.

Məqalədə "Bakı-2015"in əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin fikirləri də yer alıb. S.Kleq qeyd edir ki, ilk əvvəl Oyunlar haqqında müəyyən skeptisizm mövcud idi: “Lakin biz bütün bu məqamları yoluna qoya bildik. İndi 50-dən artıq Avropa MOK-da bu oyunların keçirilməsi ilə bağlı ümumi entuziazm müşahidə olunur”.

Məqalədə həmçinin Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralosun da fikirlərinə istinad edilir: “Şübhə etmirik ki, Bakı möhtəşəm oyunlar keçirəcək və Azərbaycan tarixə böyük, çoxidmanlı yarışların təşkilatçısı kimi düşəcək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail