Avropa Oyunları öncəsi növbəti sınaq - Təxti Kuboku

09.02.2015 | 2929 dəfə oxunub

Fevralın 12-13-də İran İslam Respublikasının Kirmanşah şəhərində güləş üzrə böyüklər arasında ənənəvi “Təxti Kuboku” beynəlxalq turniri keçiriləcək. Stadium.Az xəbər verir ki, turnirdə sərbəst və yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandamızın üzvləri iştirak edəcək.

Məşqçilər Rövşən Hacıyev və Siracuddin Eldarovun rəhbərliyi altında turnirə yollanacaq sərbəst güləş yığmamızın heyətində Pərviz İbrahimov, Etibar Hacıyev (hər ikisi 57 kq), Qalib Əliyev (61 kq), Coşqun Əzimov (65 kq), Kamran Yunusov (70 kq), Mircəfər Murtuzlu (74 kq), İbrahim Yusubov və Məhəmməd Abdulxaliqov (hər ikisi 86 kq) yer alıb.

Yunan-Roma güləşçilərimiz turnirdə məşqçilər Əfsər Namazəliyev və Fuad Rəhmaninin rəhbərliyi altında iştirak edəcək. Heyətdə Taleh Məmmədov, Orxan Əhmədov, Murad Bazarov, Sakit Quliyev (hamısı 59 kq), Azad Əliyev, Rövşən Tağıyev (hər ikisi 66 kq), Fuad Əliyev (80 kq) və Türmən Eyyubov (98 kq) yer alıb.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Zakir Məmmədov ölkəmizi təmsil edəcək.

Turnirin proqramı:

12 fevral
Sərbəst - 57 kq, 61 kq, 97 kq, 125 kq
Yunan-Roma - 59 kq, 66 kq, 98 kq, 130 kq

13 fevral
Sərbəst -  65 kq, 70 kq, 74 kq, 86 kq
Yunan-Roma - 71 kq, 75 kq, 80 kq, 85 kq



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail