Zirvə idmançılarından Türkiyə çempionatında uğurlu çıxış

27.01.2015 | 3943 dəfə oxunub

Türkiyənin Əskişəhər şəhərində yerləşən “Atatürk İdman Salonu”nda böyüklər arasında ağır atletika üzrə ölkə çempionatı keçirilib. Stadium.Az xəbər verir ki, qardaş ölkənin 29 regionundan 177 kişi və 86 qadın olmaqla toplam 263 idmançının qatıldığı bu turnir böyük marağa səbəb olub.

Çempionatda “Zirvə” İdman Klubunun idmançıları da iştirak ediblər. Yasin və Emrah Arslan qardaşlarının rəhbərlik etdiyi “Ankara-Tuzgölü-Zirvə”nin 14 nümayəndəsi – 11 qadın və 3 kişi – medallar uğrunda mübarizə aparıblar. Sevindiricidir ki, “Zirvəçilər” 6 dəfə fəxri kürsüyə qalxa biliblər.

Onlardan qadınlarda Zeynep Atakan 69 kq çəki dərəcəsində 176 kq (75+101) nəticə ilə Türkiyə çempionu adını qazanıb. Qızıl medala sahib çıxan atletimiz Zirve İnternational Sport Clubs-ın Ankaradakı son dünya çempionatında 180 kq (80+100) ilə bürünc qazanmışdı.

Bununla yanaşı, Gamze Yayla 142 kq (66+76) nəticə ilə 53 kq çəki dərəcəsində, Büşranur Dalmızrak isə 156 kq (74+82) nəticə ilə 63 kq çəki dərəcəsində gümüş medala sahib çıxıblar.

63 kq çəki dərəcəsində bürünc medal da “Ankara-Zirvə” atletinə qismət olub. Emine Sarıtoprak 152 kq-la (67+85) fəxri kürsünün 3-cü pilləsində qərarlaşıb.

Daha bir bürünc medal isə +75 kq çəki dərəcəsində çıxış edən Gülsüm Yavuzun adına yazılıb. O, 154 kq (60+94) nəticə göstərib.

Kişilərdə isə yeganə medalı Musa Çetintürk qazanıb. O, 105 kq çəki dərəcəsində çıxış edib. Toplamda 245 kq (105+140) nəticə göstərən atlet bürünc medala sahib çıxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail