"Neftçi" İdman Klubu" İctimai Birliyi yalnız Azərbaycan idmanının inkişafına xidmət edir

27.01.2015 | 11217 dəfə oxunub

Son günlər KİV-də Suraxanı qəsəbəsində yerləşən təlim-məşq bazasında idmançıların və məşqçilərin imzalarının toplanması ilə bağlı həqiqəti əks etdirməyən müxtəlif informasiyalar yayılmışdır. Stadium.Az xəbər verir ki, məsələyə "Neftçi İdman Klubu" İctimai Birliyinin mətbuat xidməti üzrə meneceri Tofiq Ataxanoğlu aydınlıq gətirib:

"Bu yazılar həqiqəti əks etdirmir. Əvvəla onu qeyd edim ki, artıq bir ildir ki, "Neftçi" İSM adlı qurum fəaliyyət göstəmir. Bu qurum "Neftçi İdman Klubu" İctimai Birliyidir. İctima Birliyin tərkibində yüzlərlə idmançı müxtəlif idman növləri üzrə fəaliyyət göstərirlər. "Neftçi İdman Klubu" İctimai Biriliyinin bütün idmançıları Dövlət Neft Şirkətinin balansında olan idman obyektlərində mötəbər yarışlara hazırlaşırlar. Təkcə Suraxanı qəsəbəsində yerləşən bazada 7 idman növü üzrə bölmə var. Burada hazırlıq keçən idmançılar Bakıda təşkil olunacaq Avropa Oyunlarına və digər beynəlxalq yarışlara hazırlaşırlar. Bir faktı qeyd edim ki, qılıncoynadanlarımız 2 gündən sonra Dünya kuboku yarışına yollanacaqlar. Bir daha bildirirəm ki, "Neftçi İdman Klubu" İctimai Birliyinin idmançıları, Dövlət Neft Şirkətinin balansında olan obyektlərdə hazırlıq keçirlər. Mətbuatda bizim tərəfimizdən hansısa obyektlərin tikiləcəyi və imzaların toplanması ilə bağlı yazılan bütün informasiyalar tam əsassızdır və heç bir həqiqəti əks etdirmir. "Neftçi" İdman Klubu" İctimai Birliyi yalnız Azərbaycan idmanının inkişafına xidmət edir və hər il bu qurumun yetirmələri müxtəlif beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail