Karateçilərimiz bürünclə qayıdırlar

26.01.2015 | 4018 dəfə oxunub

Azərbaycan karateçiləri Dünya Karate Federasiyasının ən nüfuzlu Premyer Liqa turniri "Open De Paris"dən bürünc medallarla dönürlər. Stadium.Az xəbər verir ki, əsas hədəfi Bakı 2015 Avropa Oyunları olan milli komandamızın üzvlərindən Şahin Atamov (+84 kq) və Tural Ağalarzadə (-67 kq) kiçik dünya çempionatı sayılan Premyer Liqa turnirində 3-cü yeri tutublar.

Öz çəki dərəcələrində favoritlərdən olan bir çox idmançılarımız kimi Rafael Ağayev (-75 kq) və Rafiz Həsənov (-67 kq) isə son anda ciddi hakim haqsızlığı ilə üzləşdiyindən mükafatçılar arasına düşə bilməyiblər. Ötən mövsüm zədələr və əməliyyat səbəbindən dünya və Avropa çempionatları ilə birgə, bəzi rəsmi yarışlardan da kənar qalan Rafael Ağayev son qitə çempionu və dünya çempionatının mükafatçısı, həmçinin əvvəllər dəfələrlə dünya və Avropa çempionu olan, eləcə də onun əsas rəqiblərindən biri - italiyalı Luici Busanı məğlub etməklə dünya karatesinin "briliyantı" olmağını bir daha sübut edib.

Premyer Liqanın yekun nəticəsinə əsasən Azərbaycan medal qazana bilən 23 ölkə arasında 17-ci olub. İlk üçlükdə isə Fransa, Misir və Yaponiya yer alıb. Mötəbər turnirdə 46 ölkədən 929 idmançı iştirak edib.

Milli komandamızın növbəti beynəlxalq yarışı fevralın ortalarında Hollandiyada Premyer liqa turniri olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail