Güləşçilər tərbiyə müəssisəsində islah olunan uşaqlarla görüşdü

23.01.2015 | 3211 dəfə oxunub

Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin dəstəyi ilə 2 Fevral - Gənclər günü ilə əlaqədar olaraq Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsində islah olunan uşaqlarla yeniyetmələr arasında Olimpiya, Dünya və Avropa çempionlarının görüşü keçirilib. Stadium.Az xəbər verir ki, görüşdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, AGF-nin baş katibi Əjdər Cəfərov, Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsinin rəisi polkovnik-leytenant Araz Rzayev, yığma komandanın üzvləri - Teymur Məmmədov (yeniyetmələr arasında Olimpiya, Dünya və Avropa çempionu), Murad Bazarov (yeniyetmələr arasında Olimpiya və Avropa, gənclər arasında Dünya çempionu), Mikayıl Rəhmanov (yeniyetmələr arasında ikiqat Dünya çempionu), İslambek Dadov (yeniyetmələr arasında Olimpiya və Avropa çempionu), Əfqan Xaşalov (yeniyetmələr arasında Avropa çempionu) iştirak ediblər.

Əvvəlcə qonaqlar müəssisədə yaradılan şəraitlə tanış olublar.

Tədbirdə ilk olaraq çıxış edən müəssisənin rəisi, polkovnik-leytenant Araz Rzayev qonaları salamlayıb, görüşün əhəmiyyətindən danışıb. O, görüşün tədbirin müəssisədə islah olanun uşaqların cəmiyyətə qazanılmasında mühüm rol oynayacağını bildirib.

BŞGİBİ-nin rəisi Raqif Abbasov Gənclər və İdman Nazirliyinin federasiyalarla birlikdə mütəmadi olaraq belə görüşlər təşkil etdiyini deyib. O, fevralın 2-də qeyd olunacaq Gənclər günü ilə əlaqədar hazırlanan tədbirlər planının ilk olaraq Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsindən başlanmasının təsadüfi olmadığını bildirib: “Gənclər günü ilə bağlı Respublikamızın müxtəlif yerlərində tədbirlər keçiriləcək. İlk tədbirin buradan başlaması heç də təsadüfi deyil. Biz sizin idmançılarımızla görüşüb ünsiyyətdə olmanızı, onların uğurları barədə məlumat almanızı və bu gənclərimizi örnək götürərək gələcəkdəki fəaliyyətinizdə daha da diqqətli olmanızı istəyirik. Heç kim səhvlərdən sığortalanmayıb. Bu müəssisədə müəyyən zaman keçirəndən sonra yenidən azadlıqda olacaqsınız. Səhvlərdən nəticə çıxararaq qanunlara daha yaxın olun ki, uğur qazana biləsiniz”.

AGF-nin baş katibi Əjdər Cəfərov müəssisədə islah olunan uşaqlar üçün yaxşı şərait yaradıldığının, rəhbərliyin uşaqlara xüsusi diqqət və qayğı göstərdiyinin şahidi olduqlarını bildirib. O, islah olunan uşaqların azadlığa qovuşduqdan sonra bir daha səhvlərə yol verməmələri üçün bu görüşün əhəmiyyətli olacağını deyib: “Həyatda hər kəs səhv edə bilər. Ancaq bu səhvlərdən dərs çıxarmaq lazımdır. Azadlığa qovuşandan sonra ölkəmiz üçün layiqli vətəndaş olmağa çalışın. İdmançılarla ünsiyyət qurun. Onların qazandıqları uğurlar barədə soruşun. Həyat hələ uzun bir şəkildə davam edəcək. Buradan azadlığa çıxanda bir daha səhvlərə yol verməyin. Bəzilərinizin idmana da həvəsi ola bilər. Siz istədiyiniz sahədə uğur qazanana bilərsiniz”.

Daha sonra tədbir müğənnilərin iştirakı ilə davam edib və müəssisədə islah olunan uşaqlara AGF-nin hədiyyələri təqdim olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail