Karate Federasiyası 20 yanvarı andı

19.01.2015 | 4565 dəfə oxunub

Azərbaycan Milli Karate Federasiyası 20 yanvar faciəsinin 25-ci il dönümü ilə əlaqədar yığıncaq keçirib. Stadium.Az xəbər verir ki, federasiya rəhbərliyi, ofis, məşqçi, hakim və idmançı heyətinin iştirakı ilə anım tədbirində əvvəlcə 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Federasiya prezidenti Yaşar Bəşirov, birinci vitse-prezident və baş sponsor Azərbaycan Beynəlxalq Bankının rəsmi nümayəndəsi İlham Qasımzadə, vitse-prezident Yusif Məmmədov və baş məşqçi Rəhman Hətəmov Azərbaycan xalqının tarixində önəmli yerlərdən birini tutan qara yanvar faciəsi barədə ətraflı məlumat verərək, xalqımıza qarşı qətliamı pisləyiblər.

25 il əvvəl sovet ordusunun Azərbaycanın paytaxtı Bakıda törətdiyi faciədən sonra ölkə rəhəbəri İlham Əliyev tərəfindən 20 yanvar şəhidlərinin ailələrinə və hadisələr zamanı sağlamlıqlarını itirərək əlil olmuş şəxslərə sosial müdafiənin gücləndirilməsi və dövlət qayğısının artırılması məqsədilə bir çox tədbirlər görüldüyü diqqətə çatdırılıb.

Federasiya rəhbərliyi 17-18 yanvar tarixlərində Xorvatiyada Qran Pri turnirindən 2 qızıl, 2 gümüş və bir o qədər də bürünc medal qazanan yeniyetmə və gənclərdən ibarət seçmə komandamızın bu uğurunu 20 yanvar şəhidlərinin əziz xatirəsinə ithaf edildiyini söyləyib.

Anım tədbirində o da qeyd edilib ki, Azərbaycanın azadlığı və suverenliyi uğrunda həlak olmuş şəhid ailələrinin övladlarına respublikanın bütün karate bölmələrində məşqlər təmənnasız həyata keçirilir. Yığıncağın sonunda 20 yanvar şəhidlərinin hər zaman ehtiramla yad ediləcəkləri bildirilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail