"Sevdiyim yoxdu, mən quş kimi azadam" - MÜSAHİBƏ

19.01.2015 | 5104 dəfə oxunub

Bakıda keçiriləcək Avropa Oyunlarında təmsil olunacaq idman növlərindən biri də qadın idman gimnastikasıdı. Stadium.Az xəbər verir ki, qitənin ən güclü idmançıları arasında 6 cüt – komanda hesabı, şəxsi çoxnövçülük, fərdi finallar – tir üzərində, müxtəlif hündürlüklü qollarda, dayaqla tullanma və sərbəst hərəkətlər üzrə medallar uğrunda mübarizə gedəcək.

Gimnastımız Kristina Pravdina bu genişmiqyaslı idman tədbirində ölkəmizi təmsil etmək üçün namizədlərdən biridi. Söhbət əsnasında, Gimnastika Federasiyasının mətbuat xidməti, idmançının həyatı haqda maraqlı faktları, həmçinin yaxın gələcək üçün planlarını öyrənib.  


- Gimnastikaya gəlişiniz haqda danışardız. Necə oldu ki, məhz bu idman növünü seçdiniz?
- İdmançı ailəsində doğulmuşam. Uşaq vaxtı evdə mənimlə qalmağa heç kəs olmurdu. Buna görə də valideynlərim məni gimnastikaya yazdırdılar və indiyə qədər də bu idman növü ilə məşğul oluram. Əvvəllər zalda ətrafda qaçırdım, gimnastlara baxırdım. Daha sonra məşqçi məni gördü və məşq etməyi təklif etdi.

 

- Necə düşünürsüz, başqa idman sahəsində uğurlu ola bilərdizmi?
- Fikrimcə, digər idman növlərində də uğurlu ola bilərdim. Mən yenilikləri tez qəbul edirəm, amma gördüyünüz kimi öz qərarımı dəyişmədim, çünki gimnastikanı sevirəm.

 

- Yarış günü emosiyalarınızla necə bacarırsız? Təmkinli olmağınızın sirri nədədi?
- Əvvəllər emosiyalar var idi, indi böyük fasilədən sonra çıxış etmək elə də qorxulu deyil. Mən artıq bilirəm ki, bütün bunları etmişəm. Buna görə də emosiyalarımı idarə etməyi yaxşı bacarıram. Bunun xüsusi sirri yoxdu.

 

- İdman növlərində nəyi vacib sayırsız?

- Əməksevərlilik. Əmək sərf edəcəksən, nəticə əldə edəcəksən.

 

- Peşəkar idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidi? Yoxsa, bu idman növündən asılıdı?
- İdman növündən asılıdı. Hər idman növü özünə görə çətindir. Lakin, gimnastika, ən çox da idman gimnastikası daha travmatikdi. Ancaq biz zədə almamaq üçün hər şeyi nəzarət altında saxlayırıq. Bizə uşaqlıqdan necə düşməyi öyrədirlər.

 

- İdmanda kumiriniz varmı?

- Əvvəllər Svetlana Xorkina idi, lakin indi Aliyə Mustafinadı, əsl döyüşçüdü. Mən onunla şəxsən tanışam, düşünürəm ki, bir çoxları Avropa çempionatında onun necə zədə aldığının şahidi oldu. Ondan əlavə, rumıniyalı Larisa Yordakenin uğurlarını izləyirəm, amerikalı Simona Baylz isə hərəkətlərinin çətinliyi ilə sadəcə heytrətləndirir.

 

- Yaxın gələcək üçün idman planlarınız nədi?
- Planda medal qazanmaqdı. Böyük platformaya çıxıb, hər kəsin simpatiyasını qazanmaq lazımdı. Bunun üçün işləmək, zəhmət çəkmək, proqramı çətinləşdirmək lazımdı. Bu il mənim ilk yarışım martda keçiriləcək açıq Azərbaycan çempionatı olacaq, sonra isə Dünya Kuboku mərhələləri başlayır. Ardınca çox əhəmiyyətli olan Avropa çempionatı və Avropa Oyunları olacaq. Vaxt az qalıb, ona görə də hər məşq ciddidi.

 

- Avropa Oyunları sizin üçün nə kəsb edir və ilk dəfə təşkil olunacaq yarışa necə hazırlaşırsız?
- Düşünürəm ki, bu çox möhtəşəm tədbir olacaq, Yeniyetmələrin Olimpiya Oyunları kimi, bu haqda çox danışacaqlar. Buna görə də, Avropa Oyunları da diqqət mərkəzində olacaq. İki hərəkətdə  - müxtəlif hündürlüklü qollarda və tir üzərində yaxşı kombinasiya toplamaq lazımdı. Yaxşı perspektiv var. Yavaş-yavaş yükü genişləndirib, stabilləşdirmək lazımdı.

 

- İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyiniz başqa arzularınız, məqsədləriniz varmı?
- 5 il öncə zədə aldığım zaman düşünürdüm ki, bundan sonra nə edəcəm. Bir neçə yerdə işləməyi sınamışdım. Lakin, yenə də gimnastikada qaldım. Bu sahədə mən peşəkaram, elə bu sahədə də qalıb məşqçi kimi idmançı nəsli, çempionlar yetişdirmək istəyirəm.

 

- İdmanla gündəlik həyatını birləşdirə bilirsizmi?
- Niyə də yox?! Əgər sən onları birləşdirə bilməsən, uçuruma gedəcəksən. Bütün bunları birləşdirmək lazımdı, əvvəllər bunu mənə təhsillə bağlı deyirdilər. Təhsillə çox çətin idi. Çünki, oxumaq da insanın qüvvəsini alır. Adi həyatla daha asandı. Digərlərində olduğu vaxtın çox olmaya bilər, lakin yetəri qədərdi.

 

- İdmançı ailəsində dünyaya gəldiyinizi dediz. Ailəniz haqda bir az geniş danışa bilərsizmi? 
- Anam idman gimnastikası və akrobatika üzrə idman ustasıdı, həmçinin beynəlxalq dərəcəli hakimdi. Atam da sabiq gimnastdı. Adi idmançı ailəsiyik.

 

- Sevdiyiniz şəxs varmı?
- Xeyr, mən quş kimi azadam (gülür).


- Adətən azarkeşləriniz tribunlardan sizi necə dəstəkləyirlər? Onlardan nə eşitmək istərdiniz?

- Ətrafda baş verənləri görmürəm. Sərbəst hərəkətlərdə və dayaqla tullanma hərəkətlərində adətən azarkeşlərdən daha çox emosiya olur.

 

- Onlara nə demək istərdiz?
Onlara məni dəstəklədikləri və bu dəstəyi davam etdirdikləri üçün təşəkkür edirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail