Güləşin rəngi dəyişir

18.01.2015 | 4161 dəfə oxunub

Güləş yarışları zamanı döşək, pəhləvanlar və hakim geyimlərinin rəngi dəyişdiriləcək. Stadium.Az xəbər verir ki, bu barədə Dünya Güləş Birliyinin (UWW) İsveçrənin Lozanna şəhərində keçirilmiş Büro İclasında qərar qəbul olunub.

İlk dəfə 1972-ci il Münhen Yay Oimpiya Oyunlarından tətbiq olunan ənənəvi sarı və qırmızı rəngli güləş döşəkləri tünd-göy və narıncı rəngliləri ilə əvəzlənəcək. Yeni rənglər teleyayım zamanı tamaşaçı zövqünü oxşamaq məqsədilə seçilib. Hazırda göy və qırmızı rəngli trikolarla çıxış edən güləşçilər vahid dizaynlı formaya keçəcəklər. Bu addım isə daha gənc auditoriyaya hesablanıb. Nəhayət, kostyum və qalstukla görüşləri idarə edən hakimlər indi polo koynək və şalvarda olacaqlar. Hazırda üzərində işlənilən bu qaydalar sərbəst, yunan-Roma və yunan-Roma güləşinə tətbiq olunacaq. Yekun qərar il ərzində qəbul olunacaq.

Büro üzvləri eyni zamanda Kosovonun UWW-yə müvəqqəti üzv kimi qəbuluna səs veriblər. Nəhayət, qitələr üzrə güləş qurumlarının UWW - Afrika, UWW - Şimali Amerika,UWW - Cənubi Amerika, UWW - Asiya, UWW - Avropa və UWW - Okeaniya kimi adlandırılmasına səs verilib.

Qeyd edək ki, FİLA-nın Büro üzvü olan Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev də iclasa qatılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail