Bakı-2015: İdman obyektlərindəki irəliləyişlər yüksək qiymətləndirildi

16.01.2015 | 4066 dəfə oxunub

“Mingəçevir şəhərindəki obyektlərdə əldə edilən irəliləyişlər bizi heyran etdi. Bura şübhəsiz ki, idmançıların hər cür ehtiyaclarını qarşılayacaq və onlara Oyunlar zamanı ən yüksək şəkildə çıxış etmək imkanı yaradacaq”.

Stadium.Az xəbər verir ki, bu fikirlər Avropa Olimpiya Komitəsinin (AOK) Oyunlar üzrə baş məsləhətçisi Guido de Bondt və İrlandiya Milli Olimpiya Komitəsinin baş katibi Dermot Henihana məxsusdur.

AOK rəsmiləri Mingəçevir şəhərindəki “Kür” Olimpiya Mərkəzinə etdikləri səfərin yekunu olaraq, orada əldə edilən irəliləyişlər xoş sözlər deyiblər. Burada ərazini gəzərək, mövcud qurğuda gedən yenidənqurma işləri barəsində son məlumatları alan qonaqlar Azərbaycanın ilk Avropa Oyunlarına uğurla ev sahibliyi edəcəyinə əminliyini ifadə ediblər: “Birinci Avropa Oyunlarını həyata keçirməsi üçün Bakı-2015-in Əməliyyat Komitəsinə qısa vaxt müddətinin verilməsinə baxmayaraq, əminik ki, onların detallı planlaşdırmaları və gərgin işləri obyektin qrafik üzrə və yüksək standarta cavab verəcək şəkildə tamamlanmasını təmin edəcəkdir. “İşıqlar şəhəri” kimi tanınan Mingəçevir Bakıdan təxminən 250 kilometr məsafədə, çay sahilində yerləşir və Azərbaycanın avarçəkmə idman komandalarının vətəni hesab edilir. Avropa Oyunlarının tələblərinə uyğun yüksək səviyyəli standartlara cavab verməsi üçün mövcud obyektdə geniş təkmilləşdirmə işləri gedir”.

Qeyd edək ki, Avropa Oyunları çərçivəsində Mingəçevir şəhərindəki 3 günlük avarçəkmə yarışları iyun 14-16-a təsadüf edəcək. 12 kayak (kişilər və qadınlar arasında) və 3 kanoe (yalnız kişilər arasında) qayıqlarında mübarizəyə 350-dən çox idmançı qatılacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail