I Avropa Oyunlarına indiyədək nə qədər pul xərclənib?

15.01.2015 | 4475 dəfə oxunub

“Hazırda bütün idman qurğularda işlər qrafik üzrə gedir. 95 faiz işlər demək olar tamamlanıb, ətrafda abadlaşma işləri görülüb, müvəqqəti qurğular tikilir, su hovuzlar ətrafında oturacaq qurulur”. Stadium.Az xəbər verir ki, bunu Azərbaycan gənclər və idman naziri Azad Rəhimov deyib.

İyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunları üçün idman qurğuları nəzərdə tutulan vaxtda hazır olacaq. Rəhimov bildirib ki, hər hansı bir gecikmə gözlənilmir: “Martın sonunda bütün işlər bitəcək. Bu günə oyunları tamamlamaq üçün heç bir çətinliklər yoxdur. Fevral-martda sınaq oyunları keçirmək üçün bütün işləri bitirmək istəyirik”.

Nazir Avropa Oyunlarının büdcəsi ilə bağlı da məlumat verib. Onun sözlərinə görə, Avropa və digər yarışlar üçün büdcə xərcləri 2 hissəyə bölünür: “Dövlətin 2018-ci ilə kimi təsdiq olunun investisiya proqramı var. Bura bütün sahələrlə yanaşı, idman da daxildir. İkinci büdcə Bakı-2015-in əməliyyat büdcəsidir ki, bu oyunlar üçün işləyənlərin maaşı, qurğular, hesablama sistemləri, həmçinin müvəqqəti qurğular, kommunikasiya-PR işləri nəzərdə tutulur. Bütün bunlara 950 milyon manat ayrılıb, hazırda bu vəsaitin 300 milyondan çoxu xərclənib. İnvestisiyanın digər hissəsi 68 min nəfərlik stadionu, su hovuz kompleksi, atıcılıq stendin yenidən qurulması işləridir, 300 metrlik optika məsafədən atış kompleksi olacaq. Tiflis prospektində və bulvarda əl oyunları kompleksi də təmir edilir”.

Rəhimov ev sahibi kimi 300-dən çox idmançı ilə qatılacağımız Bakı-2015-də uğurlu çıxışa inam ifadə edib. O bildirib ki, London Yay Olimpiya Oyunlarında Avropa ölkələri arasında 15-ci, həmçinin Yeniyetmələrin Nanjinqdə keçirilən Yay Olimpiya Oyunlarında medal hesabında 10-cu yeri tutması buna gözəl zəmin yaradır: “Biz çox istəyərdik ki, öz vətənimizdə də bu rəqəmlərdən aşağı düşməyək”.

Qeyd edək ki, 20 idman növü üzrə keçiriləcək Avropa Oyunlarında 49 ölkənin komandası iştirak edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail