"Bakı-2015"in ulduz elçiləri təqdim olundu

14.01.2015 | 4661 dəfə oxunub

Dünən Beynəlxalq Muğam Mərkəzində "Bakı-2015” ilk Avropa Oyunlarının ulduz elçilərinin təqdimetmə mərasimi keçirilib. Stadium.Az xəbər verir ki, tədbirdə musiqi, televiziya və incəsənət dünyasından 13 ulduzun adı açıqlanıb. 

Bunlar müğənnilərdən Tünzalə Ağayeva, Röya Ayxan, "Eurovision" mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal, rep ifaçılarından Miriyusif, komediya aktyorlarından Bəhram Bağırzadə, Rəfael və Coşqun, Tahir və Cabir İmanovlar, musiqiçilərdən DJ Shock, aparıcılardan isə İlkin Həsəni və Murad Dadaşovdur.

"Bakı-2015” Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq çısış edərək, "Bakı-2015”ə hazırlıq işlərinin yüksək səviyyədə davam etdirildiyini bildirib. O, Oyunların ulduz elçilərinə fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra ulduz elçilərə döş nişanları təqdim olunub və onlar təmsil edəcəkləri idman növlərinin adlarını zərflərdən seçiblər.

Sözügedən proqram ulduz elçilərin iyunun 12-də başlayacaq idman tədbiri haqqında müraciətlərini və mesajlarını bölüşməklə "Bakı -2015"i Avropada geniş tamaşaçı kütləsinə çatdırılmasına imkan yaradacaq.

Tanınmışlar aşağıdakı idman növlərini təmsil edəcəklər:

Bəhram Bağırzadə - çimərlik futbolu,
Rəfael və Coşqun - stolüstü tennis,
Tünzalə Ağayeva - atıcılıq,
Murad Dadaşov - su idmanı,
İlkin Həsəni - velosiped,
Tahir və Cabir İmanov - voleybol,
DJ Shock - atletika,
Ell və Niki - badminton,
Röya Ayxan - kanoe (kayak),
Miriyusif - basketbol.

Qeyd edək ki, Bakı-2015 I Avropa Oyunları 12 - 28 iyunda keçiriləcək (Report.az).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail