Azərbaycan çempionatına yekun vuruldu, "Neftçi" 3-cü oldu

13.01.2015 | 3728 dəfə oxunub

Şağan Olimpiya Kompleksində boks üzrə böyüklər arasında ölkə çempionatına yekun vurulub. Stadium.Az xəbər verir ki, 49 kq çəki dərəcəsində gözlənildiyi kimi Salman Əlizadə qalib gəlib. 2011-ci ilin Avropa çempionu finalda Hacıbaba Fərziyevi məğlub edib.

Gənclər arasında dünya birinciliyinin qalibi Məsud Yusifzadə 52 kq çəki dərəcəsində 1-ci yeri tutmaqla, turnirin sensasiyalarından birinə nail olub. “Rabitə” klubunun üzvü həlledici görüşdə Azərbaycan kubokunun qalibi Araz İmaməliyevi üstələyib.

İlk dəfə böyüklər arasında yarışda iştirak edən Tayfur Əliyevi (56 kq) Azərbaycan çempionatının tapıntısı saymaq olar. 17 yaşlı boksçu finalda da inamlı təsir bağışlayaraq, uzun illər seçmə komandamızın kapitanı olmuş Rəhim Nəcəfovu məğlub edib.

60 kq çəki dərəcəsində Elvin İsayev hamıdan güclü olduğunu bir daha sübut edib. “Gilan” klubunun üzvü Gəncə boksçusu Vüsal Verdiyev üzərində qələbə qazanıb.

64 kq çəki dərəcəsində Elnur Əliyev 1-ci, Xəzər Əliyev isə 2-ci nəticə göstərib.

69 kq çəki dərəcəsində Roman Zakirov mübarizəsiz qalib adını qazanıb. Onun rəqibi Elvin Quliyev zədələndiyi üçün rinqə çıxa bilməyib.

WSB liqasından yaxşı tanıdığımız Haybulla Musalovla (75 kq) Kamran Şahsuvarlının görüşü böyük maraq doğururdu. “Gilan” klubunu təmsil edən Musalov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

81 kq çəki dərəcəsində prinsipial rəqiblər Rauf Rəhimovla Vətən Hüseynlinin duelindən birinci qalib ayrılıb.

Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Teymur Məmmədov (91 kq) öz çəkisində 1-ci olduğunu sübut edib. Milli komandamızın üzvü Rahil Məmmədlidən güclü olub. Superağır çəki dərəcəsində isə Asəf Aslanlı zədələndiyi üçün qələbə Kamran Mehdiyevə verilib.

Ümumkomanda hesabında “Rabitə” 1-ci, “Gilan” 2-ci, “Neftçi” isə 3-cü yeri tutub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail