2 yarışda 7 medal

08.01.2015 | 3994 dəfə oxunub

“Qəbələ” İdman Klubunun boksçuları 2015-ci ilə uğurla start verib. Stadium.Az xəbər verir ki, 1999-2000-ci il təvəllüdlülər Bakıda, 2001-2002-ci il təvəllüdlülər isə Rusiyanın Volqoqrad şəhərində qüvvələrini sınayıb. Təmsilçilərimiz qatıldıqları hər iki turnirdə mükafatçılar sırasında yer alıblar.

1999-2000-ci il təvəllüdlü idmançılar yeniyetmə boksçular arasında Bakı birinciliyində çıxış edib. Hövsan Olimpiya Kompleksində baş tutan yarışda 3 təmsilçimiz fəxri kürsüyə yüksəlib. 60 kq çəki dərəcəsində mübarizə aparan İsmayıl Yaqubov paytaxtda çempion adına sahib çıxıb. Digər iki idmançımız isə finalda məğlub olaraq, 2-ci yerlə kifayətlənib. Səbuhi Abbasov 48 kq, Ramiz Nadirov isə +81 kq çəki dərəcəsində gümüş mükafatçı olub.
2001-2002-cü il təvəllüdlülər isə SSRİ-nin idman ustası Roman Subotinin xatirəsinə həsr olunan Yeniyetmələrin Açıq Turnirində qüvvələrini sınayıb. “Qəbələ” idmançıları qonşu ölkədə 4 mükafat qazanıb. Murad Zeynalov (36 kq) yarışın qalibi adına yiyələnib. 34 kq çəki dərəcəsində isə iki təmsilçimiz mükafat qazanıb. Vüqar Hüseynov 2-ci, Eltac Cəfərzadə isə 3-cü olub. Qəbələ şəhər bölməsini təmsil edən Cavidan Sərkarlı (38 kq) da yalnız finalda məğlub olaraq, 2-ci yeri tutub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail