Zabit Səmədov Mertə qarşı VİDEO

07.01.2015 | 4005 dəfə oxunub

Azərbaycanın məşhur K-1 döyüşçüsü Zabit Səmədov Türkiyənin peşəkar rinqinin əsas döyüşünə çıxacaq. Stadium.Az xəbər verir ki, fevralın 28-də İstanbulun "Sinan Erdem" arenasında baş tutacaq turnirdə 14 peşəkar döyüşçü mübarizə aparacaq. 

Lakin 15 min tamaşaçı tutumlu arenada günün həlledici döyüşü məhz Zabit Səmədovla Türkiyəli idmançı Mert Akın arasında keçiriləcək. Z.Səmədov bildirib ki, artıq döyüşün məşqlərinə start verib və yanvarın 20-də məşq toplanışını keçmək üçün Tailanda yollanacaq. Azərbaycanlı idmançı daha öncə Türkiyəli idmançılardan Erhan Denizi 2006-cı ildə Dünya çempionatının yarımfinalında məğlub edib, 2011-ci ildə isə Ali Cenik ilə Moskvada bərabər qalıb. 

Qeyd edək ki, "Mauqli" ləqəbli Zabit Səmədov sonuncu döyüşünü dekabrın 29-da Tokioda yaponiyalı qara kəmər ustası, ağır çəkidə dəfələrlə K-1 yarışlarının iştirakçısı Makoto Uehara ilə keçirib. Döyüşün ilk 3 raundundan sonra hakimlər yerli idmançıya dəstək olaraq, ümumi hesabın bərabər olduğunu bildiriblər. Lakin Z.Səmədov əlavə 4-cü raund zamanı qələbəyə nail olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail