"Bakı-2015"ə hazırlıq başladı

05.01.2015 | 3020 dəfə oxunub

Azərbaycanın sərbəst və yunan-Roma güləşi üzrə yığma komandası "Bakı-2015" I Avropa Oyunlarına hazırlıq məqsədilə təlim-məşq toplanışına başlayıb. Stadium.Az Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, sərbəst güləş üzrə yığma komandanın üzvləri baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov, məşqçi David Kurtsiya və gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzovun rəhbərliyi altında Rusiyanın Kislovodsk şəhərində toplanış keçəcək.

Yanvarın 7-dən 24-dək davam edəcək təlimə əsas millidən 21, gənclərdən ibarət yığmadan 9 güləşçi qatılacaq.

Yunan-Roma güləşçiləri isə, baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Akif Əliyev və Eyyub Azmudənin rəhbərliyi altında Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışında olacaq. Yanvarın 5-dən başlayan toplanış 3 həftə davam edəcək. Hazırlıq prosesinə böyüklərdən ibarət yığmadan 16, gənclərdən ibarət yığmadan isə 7 güləşçi cəlb edilib.

Qeyd edək ki, təlim-məşq toplanışları başa çatdıqdan sonra güləşçilər Fransanın paytaxtı Parisdə keçiriləcək Qran Pridə ilin ilk sınağına çıxacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail