Azad Rəhimov: "Ermənistan "Bakı-2015"də iştirak etsə..."

29.12.2014 | 3206 dəfə oxunub

"Əgər Ermənistan "Bakı-2015" Avropa Oyunlarında iştirak etmək qərarına gələrsə, Azərbaycan bu ölkənin nümayəndə heyətinin təhlükəsizliyini təmin etməyə hazırdır".

Stadium.Az “Trend” agentliyinə istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov 2014-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir qeyd edib ki, Ermənistan tərəfi bu məsələni şişirdir: "Ancaq dəfələrlə bəyan etmişik ki, biz Ermənistan nümayəndə heyətinin təhlükəsizliyini təmin etməyə hazırıq".

A.Rəhimov Avropada və dünyada Azərbaycana qarşı qərəzli mövqedən və ikili standartlardan da söz açıb. Nazir qeyd edib ki, bu gün Avropanın, eləcə də dünyanın bir çox ölkələrində Azərbaycanın inkişafına qısqanclıqla yanaşırlar və Azərbaycanın bugünkü inkişafını qəbul edə bilmirlər: "Onlar qəbul edə bilmirlər ki, Azərbaycan kiçik ölkə olmasına baxmayaraq, belə sürətlə inkişaf edir, müstəqil siyasət yürüdür".

Nazir mətbuat nümayəndələrini də Azərbaycan haqqında bu cür qərəzli yazılar yayan bəzi beynəlxalq mətbuat orqanlarına qarşı mübarizə aparmağa çağırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail