"Qəbələ" 3-cü oldu

29.12.2014 | 2798 dəfə oxunub

"Qəbələ" İdman Klubunun taekvondo bölməsi 2014-cü ilə major notlarla yekun vurub. Stadium.Az xəbər verir ki, gənclərin və böyüklərin ölkə birinciliyi və çempionatında iştirak edən komanda ümumilikdə 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıb. 

Gənclərin yarışında Aleksandra Nəzərova (52 kq) "Qəbələ"yə qızıl medal qazandırıb. İdmançılarımız - İlham Əliyev (45 kq), Nicat Əsgərli (63 kq) və Orxan Tağızadə (+78 kq) yalnız finalda uduzaraq fəxri kürsünün ikinci pilləsində qərarlaşıblar. Əli Məmmədov (51 kq) və Səbinə Hacıəliyeva (59 kq) turniri bürünc medalla yekunlaşdırıb. Yekunda gənclər komandamız birinciliyi 5-ci pillədə bitirib.

Böyüklərin çıxışını daha uğurlu hesab etmək olar. Aktivinə 2 qızıl, 1 gümüş və 2 bürünc yazan idmançılar komanda hesabında 3-cü yeri tutublar. Gənclər arasında Avropa və dünya çempionu Məhəmməd Məmmədov (58 kq) bu turniri də qızılla yekunlaşdırıb. Digər qızılı isə Ceyhun Həsənli (+87 kq) qazanıb. Böyüklərdə yeganə gümüşü Günay Ağayeva (53 kq) öz boynunda asıb. Vüsal Məmmədov (54 kq) və Elvin Məmmədov (74 kq) bürünc medala sahib çıxıblar. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail