"Qəbələ"dən AZAL-a sərt cavab: "Özünü niyə artistliyə qoymusan?”

21.08.2011 | 6364 dəfə oxunub

"Baş verən hadisələri hamı gördü. Hər şey göz qabağındadır. Mahir Şükürov onların oyunçusuna demək olar ki, toxunmayıb. Sadəcə, başı ilə arxadan ona yüngülcə toxunub ya toxunmayıb. AZAL-ın futbolçus isə özünü qoyur artistliyə, başlayır, meydançada o tərəf bu tərəfə yumalanmağa. Hakim haqlı olaraq Mahirə qırmızı verdi. Bəli, həmin epizodda qırmızı var idi. Amma futbolçu... Özünü atdın yerə, sonra dur ayağa da. Özünü niyə artistliyə qoymusan?"

Stadium.az xəbər verir ki, bu sözləri AZAL-ın AFFA-ya ünvanladığı etiraz məktubuna münasibət bildirərkən "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov deyib.

Klub rəsmisi AZAL-ın futbolçularını aktyorluq etməkdə günahlandırıb. Azarkeşlərin meydançaya daş atdıqlarını təsdiqləyən Nəcəfov bunun hakimin verdiyi səhv qərardan irəli gəldiyini və ona qarşı yönəldiyini bildirib. Ancaq vitse-prezident belə şeylərə görə, "Qəbələ"yə texniki məğlubiyyət verməyin düzgün olmadığını söyləyib: "Meydançaya xırda daşların atılmasının AZAL-ın oyunçularına heç bir dəxli yox idi. Özünüz də gördünüz ki, hakim həmin epizodda çox kobud səhvə yol verdi. Əllə vurulan qolu uşaqdan böyüyə hamı görür, ancaq referi görmür. İndi gənc hakimdir. Bildik ki, qərəzli deyil. Bunu başa düşdük. Ancaq azarkeşləri də başa düşmək lazımdır. Hamının gördüyü epizodda yanlış qərar vermək onları da özündən çıxardı. Mən azarkeşlərə haqq qazandırmıram. Çox pis baxıram bu hərəkətə. Onlarla danışıqlar aparılır. Hüquq-mühafizə orqanları da fanatlarla lazımı söhbəti elədilər ki, belə hallar təkrarlanmasın.

Ümumiyyətlə, dünyanın hər bir yerində belə şeylər var. Ancaq bu, oyunun nəticəsinə təsir edəcək bir şey deyil. Buna görə komandaya texniki məğlubiyyət vermək olmaz. Azarkeşlər meydançaya xırda daşlar atdığı epizodda da AZAL-ın futbolçuları öz aktyorluq bacarıqlarını nümayiş etdirdilər. Bəli, daş atdılar, razıyam, dəlil var. Ancaq bunun üçün AZAL-ın beş-altı oyunçusunun yalandan yerə yıxılmağı düzgün deyil. 10-cu dəqiqədən etibarən azlıqda qaldıq. 80 dəqiqə ərzində əzmkarlıq nümayiş etdirdik. Hətta mən deyərdim ki, bizim qol epizodlarımız daha çox oldu".

Nəcəfov AZAL-ın bu etirazı ilə bağlı heç yerə şikayət etməyəcələrini deyib: "Biz bununla bağlı hər hansı şikayət və ya etiraz etmək barədə düşünmürük. Çünki qərarı AFFA İntizam Romitəsi verir. Onların işinə qarışmırıq. Həm Vaqif Qasımova, həm də Fikrət Hüseynova böyük hörmətim var. Bu, onların fikridir. Sağ olsunlar".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail