AZAL "Qəbələ"yə texniki məğlubiyyət verilməsini tələb edir

21.08.2011 | 4917 dəfə oxunub

Premyer Liqanın III turunun "Qəbələ" - AZAL matçının təşkili və keçirliməsi ilə bağlı nöqsanlar, oyunun gedişində və oyundan sonra baş verən hadisələr AZAL PFK-nı narazı salıb.

Stadium.az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, bu səbəbdən AZAL rəhbərliyi AFFA-nın Nizam-İntizam Komitəsinə şikayət məktubu göndərərək öz xahiş və tələblərini adı çəkilən qurumun üzvlərinə çatdırıb.

AZAL PFK-nın prezidenti Vaqif Qasımovun imzaladığı şikayət məktubda əvvəlcə tikintisi hələ də davam edən "Qəbələ"nin stadionunda çatışmazlıqlara toxunulub: " Hələ matdan öncə PFL-in Texniki-İdman şöbəsinin direktoru Məlik Həsənovla əlaqə saxlayaraq stadionda təhlükəsizlik tədbirlərinin çox aşağı olmasını, azarkeşlərlə meydança arasında arakəsmənin yoxluğunu, üstəlik azarkeşlərin əyləşdiyi yerin çınqıl daşları ilə əhatələnməsini onun nəzərinə çatdırdıq. Heç matçın videoçəkilişini aparmaq üçün kamerlalarımız üçün yer də yox idi. Bundan başqa, paltardəyişmə otağından meydançaya getmək üçün təxminən 5 dəqiqə yol qət etmək lazımdır. Özü də futbolçular azarkeşlərin və rəqib komandanın nümayəndələrinin arasında keçməli olur ki, bu zaman onlar təhqirə məruz qalırlar. "Qəbələ"nin oyunçusu Mahir Şükürovun fasilə zamanı təhqiredici sözlərlə Zohair Benouahiyə hücum çəkərək onu vurmağa cəhd göstərməsi də buna əyani nümunədir. Oyunun gedişi və sonra baş verən hadisələr də iradlarımızın düzgün olduğunu təsdiqlədi. Yeri gəlmişkən, bu meydançanı qəbul edən PFL-in komissiyasının üzvləri müsbət rəy verdiklərinə görə cəzalandırılmalıdır."

AZAL rəhbərliyi daha sonra "Qəbələ" azarkeşlərinin davranışlarından da narazılıq bildirib: "83-cü dəqiqədə AZAL-ın vurduğu qolu hakim qeydə almadı. Biz bu epizodda hakimin çıxardığı qərarla tam razıyıq və heç bir etirazımız yoxdur. Ancaq bundan sonra azarkeşlərin futbolçularımızı daşa basması və birdən-birə 5 oyunçunu zədələməsi bizdə ciddi narazılıq yaratdı. Hətta atılan daşlardan biri yan xətt hakimi Azər Əsgərovun başına dəydi. Özü də bütün hadisələr AFFA Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarovla Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun gözləri qarşısında baş verdi. Fikrimizcə, oyunun baş hakimi həmin anda oyunu saxlamalı və futbolçuları meydançadan çıxarmalı idi. Çünki AZAL-ın futbolçuları 10 dəqiqəyə yaxın vaxt ərzində qorxu və təhqir altında oynamağa məcbur edildi".

Sonda klub rəhbərliyi AFFA NİK-ə öz konkret mövqeyini bildirib: "Sizdən xahiş edirik ki, oyun zamanı baş verən neqativ hadisələri ciddi araşdırıb 19.08.2011-ci il tarixdə keçirilən "Qəbələ"-AZAL matçının nəticəsinin ləğvi və "Qəbələ" komandasına texniki məğlubiyyət verilməsi məsələsinə baxasınız".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail