"Neftçi" yerli futbolçusundan imtina etdi

29.12.2014 | 5927 dəfə oxunub

"Neftçi" klubu daha bir futbolçusuna qapını göstərib. Stadium.az xəbər verir ki, baş məşqçi Arif Əsədov rəhbərliyə müdafiəçi Elnur Allahverdiyevin ona lazım olmadığın bildirib. Bu səbəbdən də, Elnur gələn ilin yanvarında komandayla birlikdə Türkiyəyə təlim-məşq toplanışına getməyəcək - aparılmayacaq. Elnura özünə yeni klub tapmaq tapşırılıb. Əks halda isə Allahverdiyev əvəzedici heyətdə vaxt keçirməli olacaq.

Elnur "Xəzər Lənkəran"la oyunda hakimləri və AFFA rəsmilərin təhqir etdiyi üçün 6 oyunluq cəzalandırılıb. Bu səbəbdən də, Premyer Liqanın son 4 turunda o, komandasına kömək etməyib.

Elnur komandada qalacağı halda qış fasiləsindən sonra yanvarın 31-də AZAL-la səfər, fevralın 6-da isə "Simurq"la "ev" oyunlarında "Neftçi"yə kömək edə bilməyəck. Cəzalı olması səbəbindən.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail