Mikayılov üçün yeni vəzifə

26.12.2014 | 3279 dəfə oxunub

Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti, AİBA İcraiyyə Komitəsinin üzvü Süleyman Mikayılova beynəlxalq federasiya böyük etimad göstərib. Stadium.Az xəbər verir ki, həmyerlimiz bundan sonra AİBA büro üzvü kimi də fəaliyyət göstərəcək.

Beynəlxalq təşkilatın ən ali qurumu hesab olunan büroda 4 nəfər təmsil olunur. Bunlar Avropa Boks Federasiyasının prezidenti Franko Falçinelli, AİBA-nın vitse-prezidenti Kelani Bayor, AİBA İcraiyyə Komitəsinin üzvü Pet Flakko və Süleyman Mikayılovdu. Büro üzvləri 4 il müddətinə seçiliblər.

Büro dünya boksunda ən vacib məsələləri müzakirə edərək, İcraiyyə Komitəsinin gündəliyinə çıxarır. Bununla bağlı AİBA prezidenti Çinq Ko Vunun ABF-in vitse-prezidentinə göndərdiyi məktubda deyilir: “Boksun inkişafında göstərdiyiniz xidmətə görə, sizin bu qurumda fəaliyyət göstərməyiniz məqbul sayıldı. Əminəm ki, işinizin öhdəsindən uğurla gələrək, bu idman növünün tərəqqisi üçün əlinizdən gələni edəcəksiniz”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail