"Biz istədiyimiz nəticəni ala bildik"

25.12.2014 | 4441 dəfə oxunub

"Uzun müddət Azərbaycanda velosiped idmanı lazımi şəkildə təbliğ edilməyib. Amma cənab Fazil Məmmədov Azərbaycan Velosiped İdmanı Federasiyasına rəhbərlik etməyə başlayandan federasiyada böyük işlər görülüb". Stadium.Az xəbər verir ki, fikirləri Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov mətbuata müsahibəsində bildirib.

O qeyd edib ki, Azərbaycanda velosiped idmanının inkişafı üçün vacib və mənəvi baza yaradılmasına nail olunub. İdmanda yaxşı nəticələrin əldə olunması kütləvilikdən keçir. Kütləviliyə nail olmaq üçünsə idmanın hər bir növünü, o cümlədən velosipedi də populyarlaşdırmaq lazımdı. “Velosiped idmanı gənc rəssamların gözü ilə” mövzusunda keçirilmiş müsabiqə də məhz buna xidmət edir: "Təşəbbüs Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən irəli sürülüb. Azərbaycan Rəssamlar İttifaqı, Dövlət Rəssamlıq Akademiyası və onun rəhbərliyi bu təşəbbüsü dəstəkləyiblər. Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman İdarəsi də çox fəal şəkildə bu tədbirə qoşulublar. Sərgiyə 2 ay müddətində 200-ə yaxın işin təqdim olunması onu sübut edir ki, biz istədiyimiz nəticəni ala bildik”.

Ələkbərov bildirib ki, müsabiqəyə qəbul edilmiş əsərlərin sərgiləndiyi məkan da çox düzgün seçilib. Bura daim insanların gediş-gəlişi olan yerdi. Onlar bu məkanda istirahət edərkən velosiped idman növü ilə də tanış ola biləcəklər. Federasiya əməkdaşları, o cümlədən həmin işlərin müəllifləri isə onlara öz əsərləri barədə məlumat verəcəklər. Bu da velosiped idman növünün populyarlaşması üçün böyük rol oynayacaq: “Hesab edirəm ki, qarşımıza qoyulan məqsədə çatmışıq. Gələcəkdə belə tədbirlərin davamlı olaraq keçirilməsini planlaşdırırıq. Mətbuat nümayəndələrinin bu tədbirlərin işıqlandırılmasında rolu çox böyükdü və buna görə onlara öz dərin təşəkkürümü bildirirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail