"Bakı 2015"i yüksək səviyyədə keçirəcəyik"

25.12.2014 | 3283 dəfə oxunub

"Deyə bilərik ki, hər gün Azərbaycanın bayrağı hansısa ölkədə yüksəklərə qalxır. Qazanılan medallardan 275-i qızıl medal olub və bu da o deməkdir ki, bu il 275 dəfə dünyanın müxtəlif ölkələrində Azərbaycanın Dövlət himni səslənib və bayrağı yüksəyə qalxıb".

Stadium.Az "Trend"ə istinadən xəbər verir ki, bu sözləri gənclər və idman naziri Azad Rəhimov bu gün Bakıda 2014-cü ilin idman yekunlarına həsr olunmuş təntənəli mərasimdə deyib.

İdmançıların maddi-texniki bazasının daha da gücləndiyini söyləyən nazir qeyd edib ki, getdikcə idmançılarımızın da sayı çoxalır:

"Bu, gələcək nəslin sağlamlığıdır. Biz bu işləri davam etdirəcəyik və idmanımızı daha yüksək səviyyəyə qaldıracağıq".

İlk Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçiriləcəyini xatırladan A.Rəhimov bildirib ki, bu tədbir Azərbaycana böyük uğurlar gətirəcək, Bakının simasını dəyişəcək:

"Bakıda çoxlu quruculuq işləri görülür. Yarışların başlamasına qədər bütün idman strukturları hazır olacaq və yüksək standartlara cavab verəcək. İnanıram ki, bu yarışmanı yüksək səviyyədə keçirəcəyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail