"Khazar Islands" - "Araz" matçında qalmaqal düşdü, prezident barmaq silkələdi
Bazar günü futzal üzrə Azərbaycan yüksək liqasının 7-ci turuna “Ekol” – “Qarabağ veteranları" matçıyla start
verildi. Goal.az xəbər verir
ki, birincilər
rəqibini 7:0 hesabıyla məğlub edərək 3 xal qazandı. Günün ikinci matçı isə həm
gərginliyiylə, həm də
yaşanan insidentiylə diqqət mərkəzinə düşdü. Çempionatda ilk mövsümünü keçirən "Khazar Islands" "Araz"ın
ciddi müqavimətinə rəğmən 4:3 hesabıyla sevinən tərəf oldu. Hazırki çempion
hesabda iki dəfə önə keçsə də "Khazar Islands"ın təzyiqinə sonacan
tab gətirə bilmədi. Oyunda ən maraqlı hadisələr ikinci hissədə cəryan etdi. Belə
ki, oyunu idarə edən Azər Məmmədov və Yusif Nurullayevdən ibarət hakimlər briqadasının mübahisəli epizod sonrası
"Araz"ın qapısına 7 metrlik cərimə zərbəsi təyin etməklə yanaşı, komandanın 7 nömrəlli futbolçusu Ramiz
Çovdarova ikinci sarı vərəqəni göstərməsi aləmi biri-birinə qatdı. Daha sonra
isə meydana daxil olan Futzal Federasiyasının prezidenti Zaur Axundov hakimlərə
barmaq silkələmklə öz iradını bildirdi. Bu məqamda etirazlarını çılğın şəkildə
bildirən Araz kollektivini hardasa başa düşmək olardısa, federasiya rəhbərinin addımını heçdə anlayışla
qarşılamaq mümkün deyil. Prezidentin təzyiqindən sonra isə hakimlər qərarını dəyişməli
oldu. Zaur bəyin əsəbləri bununla da soyumadı və o,
hakimin öz qərarını dəyişməsinə etiraz edən "Khazar Islands"ın məşqçi
heyətinə yüksək tonda yerlərinə əyləşmələrini əmr etdi. Təəssüfki, bu həngamə
ölkə futzalı adına heç də xoş olmayan bir mənzərəni, acı bir reallığı ortaya
qoymuş oldu. Həmin reallığı ki, yuxarıların vəzifə səlahiyyətlərini aşmasını və
hakimlərin yuxarıların diqtəsiylə hərəkət etməsini göstərmiş oldu.
Turun son günündə isə "Fener" "Neftçi"ni 4:2 hesabıyla məğlub edib yenidən zirvəyə yüksəldi.
Tino Peres (Araz): "Hakimlərin qərarları haqda danışmaq istəmirəm. Qələbə qazanmağa yaxın olduq. Ancaq rəqibin heyətindəki futzalçılar təcrübə və səviyyə baxımından yetirmələrimi üstələdi. Yerli futzalçılarla işləmək mənə xoş olsa da, legionersiz bir qədər çətindi. aralarında perespektivli gənclər var. Lakin səviyyəli legionersiz oynamaq bir qədər çətindi. Rəqibi qazandıqları qələbə münasibətilə təbrik edirəm"
Elnur Qəmbərov (Khazar İslands): "Müsahibələrimin birində də
demişdim ki, artıq hakimlik haqda danışmayacağıma dair söz vermişəm və bu
sözümü tuturam. Onsuzda oyunu izləyənlər yaşananları gördü. Yetirmələrimi təbrik
edirəm. Çətin oyun oldu. Rəqib sona qədər mübarizə apardı. Bizə qarşı ciddi
müqavimət göstərdi. İnşallah növbəti oyunlarda da uğur qazanmağı
arzulayıram".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |