Rəşad Sadıqov: "Belə fürsət mənim üçün bir də olmayacaq"

12.12.2014 | 5324 dəfə oxunub

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov "İnter"lə oyundan sonra matç haqda jurnalistlərə danışıb. Stadium.az xəbər verir ki, Rəşad üzgün olduğunu ifadə edib:

"Hamımıza zənglər gəlirdi ki, bəs hakim niyə belə etdi? Baş kakim epizoda çox yaxın idi. O, 15 saniyə yan xətt hakiminin nə dediyini anlaya bilmirdi. Sonradan necə oldusa, yan xətt hakimi onu başa saldı ki, qol oyundan kənar vəziyyətdən vurulub.

Bəlkə də, belə fürsət mənim üçün bir də olmayacaq. Əlimizdən gələn hər şeyi etdik. Qalib gəlmək üçün çox istəkli idik. Lakin alınmadı. Söz tapmıram danışmağa. Çox deyirdilər ki, "Qarabağ"ın artıq iki heyəti var. Ancaq bu oyunda meydana buraxmağa futbolçumuz yox idi. Meydançaya müdafiəçi daxil olurdu. Braziliyalıların hesabına oynadığımızı söyləyirdilər. Amma braziliyalılardan cəmi bir nəfər qalıb. Heyətimizdə də çox problemler var. "Neftçi" ilə oyunda da, bu görüşdə məcburiyyətdən eyni heyətlə oynayırdıq. Dəyişiklik etməyə imkanlarımız olmadı. Amma fikirləşirəm ki, bu görüşdə çox ağıllı oynadıq. 

Bilirdik ki, "İnter"in gənc oyunçuları məşqçiyə özlərini sübut etməyə çalışacaqlar. Biz də ağıllı oynayaraq, rəqibi əks hücumda yaxalamağa çalışırdıq. Yaxşı hücumlarımız da oldu. Rəqib isə əksinə qapımıza heç bir hücum edə bilmədi. Bəlkə də, qol olmasaydı adam bu qədər heyfslənməzdi. Qolun qeydə alınmaması bizi çox məyus etdi. Bəlkə də həmin epizod illərlə yadımızdan çıxmayacaq. Bəlkə də Azərbaycan klublarının heç belə bir şansı olmayacaq. "İnter"in futbolçusu da matçdan sonra deyirdi ki, həmin epizodda oyundan kənar vəziyyət yoxdur. Mən də baş hakimə yaxınlaşdım ki, özləri deyirlər ki, təmiz qoldur. Amma artıq qərar deyişə bilməzdi. Bütün komandaya təşəkkürümü bildirmək istəyirəm. Bu qədər təzyiq qarşısında belə bir adlı-sanlı komandaya qarşı lazım olan oyunu oynadılar və sonacan mübarizə apardılar. Bu qrupda keçirdiyimiz ən yaxşı oyun idi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail