Tahir Gözəl: "İnter”lə oyun “Qarabağ” tarixinin ən vacib qarşılaşmasıdır" - MÜSAHİBƏ
“Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəlin
Stadium.Az saytına özəl müsahibəsi:
- Tahir bəy, əvvəlcə “İnter”lə vacib qarşılaşma barədə fikirlərinizi bildirərdiz...
- “İnter” çox böyük klubdur. Belə keçmişi olan
komandanı bura gətirmək asan iş deyil. Bu gecə mənim üçün böyük gündür. Əminəm
ki, bütün Azərbaycan bu oyunu gözləyir.
- Bəs demək olar ki, “Qarabağ” tarixinin ən
vacib oyununa çıxacaq?
- Bəli. Şəxsi nəzərimə görə və əhəmiyyətini nəzərə
alsaq, “İnter”lə bu axşamkı oyun “Qarabağ” tarixinin ən vacib qarşılaşmasıdır.
- Biz yaxşı bilirik ki, həmişə komandaya
lazimi qiyməti vermisiz. Siz də, klubun prezidenti Abdulbari Gözəl bəy də. Bəs “Qarabağ”
qrupdan çıxsa, komandaya xüsusi bir mükafatınız və ya sürpriziniz olacaq?
- Bizim komandanın əsası mənəvi dəyərlər üzərində
qurulub. Komandanı heç vaxt qısa müddətli maddiyyatla idarə etməmişik. İndi ən
öndə olan vəzifəmiz “İnter” üzərində qələbə qazanmaqdır. Rəhbərlik heç vaxt
komandadan əlindən gələni əsirgəməyib. Bunu futbolçularda yaxşı bilir. Bizdə bəzən
heç elan olunmamış mükafatlar verilir.
- Tahir bəy, məndə elə bunu nəzərdə
tuturdum...
- Biz hətta komanda uduzanda da futbolçulara
mükafat vermişik. “Qarabağ”ın tarixində belə şeylər olub. Komanda uduzub, amma
mükafat alıb. Nəticə alınmaya bilər, əsas olan oyundu. Bütün bunlar komandanın
sərgilədiyi oyuna və mənim həmin an futbola necə konsentrasiya olmağımdan
aslıdır. Təki oynasınlar, təki qalib gəlsinlər, maddi məsələlər heç vaxt
problem olmayacaq.
- Komandayla artıq görüşmüsüz. Belə bir
tapşırığınız oldu ki, artıq qrup mərhələsində Bakıda onlardan qələbə istəyirsiz?
- Bunu bilirlər. Mən ötən il media nümayəndələriylə
görüşdə bildirmişdim ki, “Qarabağ” Avropa Liqasında 1/16 final oynamalıdır. Mən
bunu bir il gözləmişəm. Bu oyun mənim üçün o qədər önəmlidir ki, bunu heç vaxt pulla
ölçmək olmaz. Hamımızın marağındadır ki, “İnter”i yenək və Azərbaycan
futbolunda ən böyük tarixi yazaq.
- “İnter”in Bakıya əsas heyətlə gəlməməsi sizi
necə razı salır?
- Bu məqam bizi sevindirir. Amma bir məqama
diqqət yetirək ki, bizim də ən azı 3 əsas futbolçumuz oynamayacaq. “İnter” qələbəni
bizim qədər istəməyə bilər. Çünki biz daha çox istəkliyik. Bu baxımdan və
psixoloji durumda rəqibdən üstünük. Çünki onlar qrupdan çıxmaq işinin öhdəsindən
gəliblər. Nəticə də “İnter”lilər üçün önəmli deyil. Bizim üçün isə tarixi əhəmiyyət
kəsb edir. Biz bu fürsəti qaçırmamallıyıq. Mən bunu komandayla görüşdə
futbolçulara da, baş məşqçi Qurban Qurbanova da söylədim.
- “Qarabağ”ın səfər oyununda az qala adət
halın alıb. Həmişə kameralar stadiona bir neçə erməni göstərir və hər dəfə də
onlar stadionu üzgün tərk ediblər. Bu amil sizdə necə hislər yaradır?
- Mən həyatda həmişə öz hərəkətlərimə diqqət
etmişəm. Çalışmışam səmimi olum, işimə müsbət yanaşım. Mən şadam ki, komandam
düşmənlərimizi üzgün yola salıb. Bizi sevməyən qarşı tərəflərin belə hərəkətləri
inanın maraqlı deyil. Əsas odur komandanı sevək və Azərbaycan bir olsun.
- “Qarabağ” adın yetərincə dünyaya tanıda
bildiz? Yoxsa qabaqda hələ daha yaxşı planlar var?
- Məncə əlimizdəki imkanlarla bunu layiqincə
yerinə yetiririk. “Qarabağ” çox gözəl yerlərə gəldi. Buna görə Azərbaycan
xalqını təbrik etmək lazımdı. Burda hər kəsin əməyi var. Bu 6 ildə “Qarabağ”ın
çətin günləridə oldu. Biz isə səbr etdik, komandanın arxasında dayandıq. Arxada
qalan zamanda əlimizdən nə gəlibsə hamısın etmişik. Sabahkı oyunun nəticəsindən
aslı olaraq da, bu işə davam edəcəyik.
Daha sonrasında isə imkanlarımız nəyə çatırsa, bunu “Qarabağ”dan əsirgəməyəcəyik.
Bilirsiz, Avropada olan klubların büdcəsi bizdə yoxdu. Bizdə bilet 3 manata
olanda azarkeşlər narazılıq edir. Mən onları qınamıram da, çünki bizim
milyonlarla qaçqınımız var. Yoxsular çoxdu, insanların maddi durumu yaxşı
deyil. Amma Avropada klubların azarkeşləri isə 200-250 avro verir, bizdəkindən 100 dəfə artıq pul xərcləyərək
bilet alırlar. Bu yolla da komandaya dəstək olurlar, büdcələri artır, daha
iddialı olurlar.
- Ötən mövsümün əvvəlində bir söz demişdiz: “Gözləyin,
“Qarabağ” gəlir”. “Qarabağ” gəldi də, çempion da oldu. İndi də komanda Avroliqada
qrupdan çıxmaq üçün oynayır. Bu mövsümün əvvəlində sizdən belə iddialı açıqlama
eşitmədik...
- Mən bu sözü hər il təkrarlamalıyam? (ürəkdən
gülür)
- Bəlkə komandanızı ölkədə bir nömrə
gördüyünüz üçün, buna ehtiyac duymadız?
- Allaha şükür, “Qarabağ” indi çox gözəl
komanda olub. Hazırda stadionumuzun inşası davam edir. Aşağı yaş qruplarında
160 uşaq yetişir. Bizim əsas komandada neçə öz yetirməmiz çıxış edir. Bunlar bizim
üçün fəxrdir. “Qarabağ”ın gələcəyi həm də bax bu azyaşlılardan aslıdır. “Qarabağ”ın
əsas ulduz oyunçuları indi 13 yaşındadı. İllər sonra daha yaxşı komanda görəcəksiz.
Çünki indiki futbolçuların 13 yaşı olanda, onlara belə şərait yaradılmamışdı.
Buna görə də, infrastruktur işlərinin görülməsi, investitsiya yatırımı davam
edir. Hesab edirəm ki, “Qarabağ” hər baxımdan stabil olan komandadır. İndi
çempionatda hansı komanda qarşısında “Qarabağ”ı görsə, bilirki onlara çətin
olacaq. Bu amil həmşiə davam edəcək, komandamız daha da güclənəcək. Digər
klublar düşünməsin ki, biz gələcəkdə zəifləyə bilərik.
- Siz “Qarabağ”ın rəhbərlərindən biri olaraq
bu komandanın “Xalq Komandası” adlandıra bilərsiz?
- Azərbaycanı sevən hər kəs, hər bir vətəndaş həm də “Qarabağ”ı sevir. Həm adına görə, həm də komandada yaratdığımız mənəvi ab-havaya görə. Bu gün Azərbaycanda ən sevilən klub “Qarabağ”dır. Mən bunu hiss edirəm. Hara getsəm, bunu görürəm. “Qarabağ” rəhbəri olaraq insanlardan böyük sevgi, məhəbbət və hörmət görürəm. Restorana gedib su istəyirəm, ətrafıma yığılıb məndən soruşurlar ki, “sabah qazanacağıq?”. Bunlar məni çox xoşbəxt edir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |