Roberto Mançini: "Həm “Qarabağ”ın, həm də “İnter”in hücumçuları güclüdür"

10.12.2014 | 5097 dəfə oxunub

Avropa Liqasının qrup mərhələsinin son oyununda sabah Respublika stadionunda "Qarabağ"ın qonağı olacaq "İnter"in baş məşqçisi Roberto Mançini Bakıda təşkil edilən oyunqabağı mətbuat konfransında jurnalistlərin sualların cavablandırıb: 

-Türkiyədə çalışmağınız “Qarabağ”la oyuna köməklik göstərə bilər?

- Türkiyədə işləməyimin əhəmiyyəti yoxdur. “Qarabağ”ı yaxşı təhlil etmişik. Bura qələbə üçün gəlmişik.

- “İnter” “Udineze” ilə iki hissədə fərqli oynadı. Bu, yorğunluqla bağlıdır, yoxsa başqa səbəbi var?

- Düşünmürəm ki, burada fiziki amilin rolu var. Biz həmin görüşdə də yaxşı çıxış etdik.

- Razısınızmı, “İnter” və “Qarabağ” qrupda ən zəif hücum xəttinə malik olan komandalardır?

- Bunu deyənlərdən soruşsanız yaxşı olar. Düşünmürəm ki, hücum  xəttimiz zəifdir. Əlbəttə ki, həm “Qarabağ”ın, həm də “İnter”in hücumçuları güclüdür. Bura gəzməyə yox, qələbə qazanmağa gəlmişik.

- “Qalatasaray”dakı uğursuzluğunuz hazırda “İnter”də də davam edir. Bunun səbəbi sizdədir, yoxsa komandalarda?

- Siz yəqin “Qalatasaray”ın ötənilki oyunlarını yaxşı izləməmisiniz. “İnter” hazırda 12-ci pillədə olsa da,  irəli getməyə çalışırıq.

 “İnter” 2010-cu ildə Çempionlar Liqasının qalibi oldu. Həmin komandanın fundamentini siz qoymuşdunuz. Yenidən o heyəti formalaşdıra biləcəksiniz?

-2010-cu ildəki “İnter”lə indikinin fərqi odur ki, hazırkı komanda gənclərdən ibarətdir . İndi çempion olmaq çətindir. 2010-cu ildə isə asan idi.

- “İnter” Bakıya 9  müdafiçi, 4 yarımmüdafiəçi ilə gəlib. Bu, o deməkdir ki, sabah komandanız müdafiədə oynayacaq?

-  Xeyr. Biz qələbə üçün gəlmişik.

- Bir rəqib kimi “Qarabağ” haqda nə deyə bilərsiniz?

- “Qarabağ” çox yaxşı komandadır. İnanıram ki, sabah azerkeşləri çox maraqlı oyun gözləyir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail