"Qəbələ" idmançılarından 5 medal

06.12.2014 | 4657 dəfə oxunub

Cüdo üzrə yeniyetmələrin (1998-1999-cü il təvəllüdlülər) ölkə birinciliyinə yekun vurulub. Stadium.Az xəbər verir ki, noyabrın 3-də start götürüb, 3 gün davam edən yarış “Sərhədçi” Olimpiya İdman Kompleksində keçirilib. Birincilikdə “Qəbələ” İdman Klubunun cüdoçuları da çıxış edib. Əyalət təmsilçiləri yarışı 5 medalla başa vurub. İdmançılar birincilikdə 2 qızıl, 1 gümüş və 2 bürünc əldə edib.

Bu mükafatlardan üçünü Qəbələ bölməsinin üzvləri əldə edib. Bu medallar ilyarım əvvəl fəaliyyətə başlayan bölmənin ilk uğurları kimi tarixə düşüb.

Qəbələ bölməsinin tarixində cüdo üzrə Azərbaycan çempionu adını qazanan ilk idmançı Fazilə Aslanova olub. 36 kq çəki dərəcəsində çıxış edən məktəbli tatamiyə çıxdığı hər üç görüşdə qələbə qazanmaqla 1-ci yerin sahibi olub. Keçirdiyi 3 görüşdə 2 qələbə qazanan Aygün Hacıyeva isə gümüş medal əldə edib. Qəbələ bölməsinin tarixində Azərbaycan birinciliyinin mükafatçısı olan ilk oğlan cüdoçu isə İmran Yusifov olub. 90 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarışın bürünc medalçısı olub. Məşqçi Rail İsmayılovun yetirməsi 4 görüşdən üçündə qalib gəlib.

Bakı bölməsinin təmsilçiləri isə iki medal qazanıb. 63 kq çəki dərəcəsində mübarizə aparan Nərgiz Hacıyeva bütün rəqiblərinə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 46 kq çəki dərəcəsində Nihat Ələsgərli 3-cü yerə sahib çıxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail