Kamran Ağayev Azərbaycan millisindən imtina edib?

04.12.2014 | 6173 dəfə oxunub

"Noyabrın 4-ü komanda bir araya gəldi.Yalnız Kamran Ağayev heç kimə heç nə demədən toplanışa ertəsi gün qatıldı. Bildirdi ki, təxirəsalınmaz işi olub. Halbuki əvvəldən hamıya deyilmişdi ki, bircə ölüm-itim olsa, düşərgəyə gec gələ bilərlər. Bütün işlərini oyundan sonraya saxlasınlar. Mən Kamranı millinin düşərgəsindən qovmalıydım. Sadəcə məsul 
oyun öncəsi ab-havanı pozmaq istəmədim. Deyəcəkdilər ki, 1 oyunluq gəldi, aranı qatdı, getdi. Bəlkə də səhv etdim. Futbolçular anlamalıdılar ki, nə edirlərsə ilk növbədə özlərinə edirlər. Kamran Ağayev bu hərəkəti niyə Foqtsun millini 
çalışdırdığı 6 ildə etmişdi? Bəlkə ona elə gəlir ki, yerli məşqi olanda, istədiyini edə bilər”


Stadium.az xəbər verir ki, Bu sözlər Azərbaycan millisini Norveçlə oyuna çıxaran müvəqqəti baş məşqçi Mahmud Qurbanova məxsusdu. Məhz buna aydınlıq gətirmək üçün qarşı tərəf – Kamran Ağayevin də fikrini öyrənməyə çalışdıq. Ancaq Ağayev zənglərimizə cavab vermədi.

Kamrandan olmasa da, başqa şəxslərdən bu məsələ barəsində bəzi məlumatlar aldıq. Öyrəndiyimizə görə, oyundan qavaq Kamranın ailəsində çox ciddi problemlər olub və bu səbəbdən də, hələ günlər əvvəl Ağayevin başa ailəsinə qarışıq olub. Bunu isə düşərgədə olanların çoxu bilib. Nə də olmasa, komanda yoldaşlarıdır, bir-birlərinin problemlərindən halı olurlar. Kamranda məhz ailəsində yaranan ciddi problemlər üzündən millinin düşərgəsinə bir gün gec qoşulub.

Aldığımız məlumata görə, "Xəzər Lənkəran”da Mahmudla bir yerdə çıxış edən Kamrana baş məşqçinin dediyi sözlər xoş olmayıb. Bu səbəbdən də, Kamran millidən getmək qərarına gəlib. Ağayevin Azərbaycan millisindən getmək barədə qərarın çalışacağıq onun özüylə dəqiqləşdirək. (goal.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail