Stadium.az © 2012-2025. Bütün hüquqları qorunur. Texniki dəstək: Netservice.az
Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməlidir.
"Mil Muğan"ın futbolçuları bizdən yemək istəyirlər, verə bilmirik” - MÜSAHİBƏ

01.12.2014 | 10189 dəfə oxunub
İmişlinin "Mil Muğan” klubunda yaranan maliyyə problemləri ucbatından komanda dağılmaq təhlükəsiylə üzbəüzdür. AFFA prezidenti Rövnəq Abdullayevin göstərişiylə klubu himayəsinə götürən İmişli Rayon İcra Hakimiyyəti, indi sözün tutmaq istəmir. Komandada İmişlidən olmayan oyunçular düşərgəyə ancaq oyundan bir gün qabaq gəlirlər. Son ayda yaşanan bu haldan sonra "Mil Muğan”da düşüş özünü açıq şəkildə göstərir. Bununla bağlı İmişli Raron İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin müavini, kluba nəzarət edən Mirzə Quliyevlə danışdıq.
- Mirzə müəllim, "Mil Muğan”da maliyyə problemləri yaranıb. Nəylə bağlıdır bu?
- Futbolçulara heç bir borcumuz yoxdur. Hamısının aylıq əmək haqları vaxtında verilir. İndi İmişlidən olmayan 7 futbolçu bildirir ki, onlara əlavə yemək pulu da verilsin. Bizim də buna gücümüz çatmır.
- 7 futbolçu komandada niyə qalımır ki?
- Deyirlər, burda qalmaları üçün onlara əlavə yemək pulu verilməlidir. Bizdən gündə 3 dəfə yemək istəyirlər, verə bilmirik.
- Bəlkə əmək haqları aşağı olduğu üçün belə tələb irəli sürürlər?
- Yox, əvvəl nə qədər pul alırdılarsa, indi də elədir. Onlar hamısı əmək haqların hər ayın ilk beş günü ərzində alırlar. O yeddi nəfərin ayda yemək pulu təxminən 1500 manat edir, hardan verək? Verə bilmirik bunu da.
- Mirzə müəllim, bütün klublar futbolçularına əmək haqqından başqa, yemək də verirlər. Siz niyə vermirsiz ki? Axı başqa komandalar bunu edir...
- Yox, yox, onlara aylıq maaş verilir. Başqa heç nə verə bilmərik.
- Siz dövlət qrumlarıyla, futbolu niyə qarışdırırsız? Axı futbolda biraz fərqlidir. Heç bir komandada yeməyin aylıq maaşa aidiyyatı olmur.
- Biz komanda başqa rayona gedəndə, yol pulun da veririk, yeməklərində.
- "Mil Muğan” indi acınacaqlı vəziyyətə düşüb. Buna bir çarə qılınacaq?
- Hər şey yaxşıdır, yaxşı olacaq. Sadəcə bizdən yemək istəyirlər, verə bilmirik. Bizim komandada oynayan rayon uşaqlarıyla heç bir problemimiz yoxdur. Bu problemi çıxardan komandaya kənardan gələn 7 futbolçudur.
- Bu problem komandada baş məşqçinin gedişindən sonra yaşandı. Bunlar arasında əlaqə ola bilər?
- O da ola bilər.
- İndi "Mil Muğan” çox zəif çıxış edir. Bu da yaranan maliyyə problemiylə bağlıdır?
- Bilirsiz, əvvəl komanda həmişə bir yerdə qalırdı. İndi isə o bizdən yemək istəyən 7 nəfər oyundan bir gün əvvəl gəlirlər, oyundan sonra da gedirlər. Bax problem buna görə yaranıb. Onları komandaya əvvəlki baş məşqçi Mətləb Məmmədov gətirmişdi. O gedəndən sonra da belə problem yaşanır. (Goal.az)
![]() ![]() ![]() ![]() ![]() |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|















Çox oxunan xəbərlər
Digər
Son xəbərlər
12.03.2024

24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023


18.07.2023
17.07.2023
16.07.2023

15.07.2023

![]() |
O | Q | H | M | T-f | X | ||
![]() |
||||||||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
![]() |

08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |