Qurban Qurbanov "Sent Etyen" oyunqabağı narazılıq etdi - MÜSAHİBƏ

27.11.2014 | 6540 dəfə oxunub

Bu gün Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun oyununda səfərdə "Sent Etyen" klubun qonağı olacaq Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovun oyunöncəsi mətbuat konfransın təqdim edirik:

- Yaxşı komandaya qarşı oynayacağıq.  Ağır oyun bizi gözləyir. "Sent-Etyen" güclü, komplektləşmiş komandadır. Rəqibin iki oyunçu istisna olmaqla, hamısı hazırdır. Qrupda 4 xal toplayan hər üç komandanın 1/16 finala yüksəlmək şansı var.

– Sabahkı matçda Bakıdakından fərqli oyun sərgiləyəcəyinizi gözləyirsiniz?

– Üstünlük rəqibdədir. "Sent-Etyen" Bakıdakından daha fərqli oynayır. Rəqibin oyunlarına baxmışıq və təhlil etmişik. Onlara istədikləri oyunu sərgiləməyə imkan verməməliyik. İntizamlı və öz istədiyimiz kimi oynamağa çalışacağıq.

– Legionerlərin oynamamağı sizin manevr imkanınızı azalda bilərmi?

– Düzgün qeyd etdiyiniz kimi, futbolçuların hər biri önəmlidir. Təəssüf ki, legioner futbolçuların bəziləri zədələdirlər. Əlimdə seçim imkanı azdır. Ancaq bu haqda çox düşünmək və bunu böyük problem hesab etmək digər oyunçulara mənfi təsir göstərə bilər. Futbolçuların motivasiyasını artırmalıyıq. Mən hər bir oyunçuma inanıram. Onlar da məsuliyyəti dərk edir və uğur üçün əllərindən gələni edəcəklər.

– Zədəli oyunçularınız tez-tez olur.Sizə qarşı kobud oynayırlar, yoxsa hazırlıq prosesində nəsə problem olub?

– Zədədən heç kim sığortalanmayıb. Hazırlıqla bağlı problem olmayıb. Müasir futbol çoxlu sürət tələb edir. Dünyada hər bir komandanın zədə problemi var. Çumbinyo və Danilo Diasın zədəsinin hazırlıqla bağlılığı yoxdur. Heyf ki, Reynaldo, Çumbinyo və Dias sabah oynamayacaq. Amma buna baxmayaraq, matç rahat olacaq. Çünki rəqibi tanıyırıq və daha yaxşı oynamağa çalışacağıq.

– Bugünkü "Sent-Etyen"i necə qiymətləndirirsiniz?

"Sent-Etyen"ə hörmətlə yanaşırıq. Dediyimiz kimi komplektləşmiş komandadır. Bütün işi komanda şəklində görürlər. "Sent-Etyen" hər bir komanda üçün çətin rəqibdir.  Fransa çempionatında liderlə xal fərqinin az olması "Sent-Etyen"in gücünü göstərir.  Rəqib məşqçinin əlində futbolçularla bağlı seçim imkanı çoxdur. Düşünürəm ki, maraqlı oyun olacaq.

 – Sabakı nəticə dönmə nöqtəsi ola bilər. "Sent-Etyen" qrupda bütün oyunlarda heç-heçə edib. Bu məqama fikir vermisiniz?

–  
Qısa deyim ki, rəqib çox heç-heçə edib.  Bu da onların güclü müdafiə xəttindən xəbər verir. Həm qol buraxmamaq, həm də qol vurmaq gücləri var. Bütün bunları nəzərə almışıq.

– Qrupdan çıxmaq üçün neçə xal bəs edir?

– Neçə xal bəs edəcəyini bilmirəm, amma indiki xalımız qrupdan çıxmağa bəs etmir. İnsana xəyallar mane olur. Şanslarımızdan maksimum istifadə etməliyik. Xəyallarla yaşasaq, uduzarıq. Düzgün işləsək, nəticə də olar.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail