"Bakı-2015" diplomatik brifinqə ev sahibliyi etdi

15.11.2014 | 4776 dəfə oxunub

Bu gün "Bakı-2015" Avropa Oyunları Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri üçün diplomatik brifinqə ev sahibliyi edib.

Oyunların Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, "Bakı-2015"in rəhbər şəxsləri ilk Avropa Oyunları ilə bağlı ən son yeniliklər və gələcəkdə ölkədə keçiriləcək idman yarışları haqqında beynəlxalq nümayəndələr qarşısında təqdimatlar keçiriblər.

"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru və Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov nümayəndələr qarşısında çıxış edib: “Diplomatik brifinq komandamız üçün gələn il keçiriləcək "Bakı-2015" Avropa Oyunlarına hazırlıqlarla bağlı ən son yeniliklər haqqında diplomatik nümayəndəlikləri məlumatlandırmaq baxımından mükəmməl fürsət oldu. Biz beynəlxalq aləmdə ilk Avropa Oyunlarına böyük marağın yaşanacağını bilirik, ona görə də diplomatik nümayəndələri hazırlıq işlərimiz barədə məlumatlandırmaq çox vacib hesab edilir”.

"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq ilk Avropa Oyunları haqqında ümumi məlumat verib: “Bu qədər diplomatik lideri burada, Bakı şəhərində bir arada toplamaq və onları Avropa Oyunları ilə bağlı ən son xəbərlər haqqında ətraflı şəkildə məlumatlandırmaq bizim üçün böyük şərəf oldu. Qarşıdan gələn illərdə Azərbaycan mühüm idman yarışlarına ev sahibliyi edən və dünyanın buraya dəvət olunacağı mükəmməl idman mərkəzinə çevriləcək. Bizim beynəlxalq ictimaiyyəti burada mövcud olan imkanlar və əldə olunan irəliləyişlər barədə məlumatlandırmağımız vacib haldır”.

Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Könül Nurullayeva Milli Olimpiya komitələrinin Avropa Oyunlarında oynadığı rol barədə danışıb.

Brifinqdə 60 ölkədən 100-dən çox nümayəndə iştirak edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail