Türkiyəli həmkarlarımız Rail Məlikova ən yüksək qiyməti verdi

14.11.2014 | 7119 dəfə oxunub

Türkiyə PTT I liqasının son turunda "Dənizlispor" doğma meydanda "Adanaspor"un qonağı oldu. Stadium.Az xəbər verir ki, bu oyuna ehtiyatda başlayan millimizin eks üzvü Rail Məlikov 30-cu dəqiqədə zədələnən Cemin əvəzinə meydana daxil olub. Buna kimi isə hesab 1:1 olub. Oyunun 52-ci dəqiqəsində Railin komanda yoldaşı Mustafa Çeçeli qırmızı vərəqə alıb. Buna rəğmən, Dənizli klubu 90+4-cü dəqiqədə Genovla qələbə qolun vura bildi. Türkiyə mətbuatında oyunu qiymətləndirən həmkarlarımız Rail Məlikovun 1 saatlıq oyununu ən yüksək - 8 balla qiymətləndirib. Raillə yanaşı 8 balla onun komanda yoldaşlarından yalnız qələbə qolunun müəllifi Genov, yarımmüdafiəçi Emrah və müdafiəçi Ömər Alp qiymətləndirilib.

Uzun müddət sonra "Dənizlispor"un heyətində meydana daxil olan Rail Məlikovun oyununu yüksək qiymətləndirən türkiyəli həmkarlarımız, müdafiəçimizin daimi olaraq meydanda olmasını qeyd ediblər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail