"Neftçi"nin məşqçilər korpusunda biabırçılıq

14.11.2014 | 7401 dəfə oxunub

Ötən gün yoxlama oyununda üz-üzə gələn “Bakı” – “Neftçi” oyununda bir çox maraqlı olaylar yaşandı. Stadium.Az xəbər verir ki, bunlardan biri də ikinci hissədə “Neftçi” klubu əvəzləmə edərkən yaşandı. Stadionda olan əməkdaşımızın şahidi olduğu olay belə olub. Baş məşqçi Arif Əsədov 4 nömrəli formayla meydan daxil olan Orxan Bəşirovu Ruslan Qurbanovun əvəzinə meydana daxil edib. Elə ən maraqlısı da bu an yaşanıb. Orxan meydana daxil olandan sonra stadionun mərkəz xəttinin yaxınlığından ehtiyat skamiyada yerin alan baş məşqçi Arif Əsədova səslənərək “Arif müəllim, mən harda (yəni mövqe baxımından) oynayım” deyə müraciət edib. Arif Əsədov isə ona “ortada” deyə cavab verib.

Bu hadisə isə tribunada olan azsaylı azarkeşlərin gülüşünə səbəb olub.

Həqiqətən də, gülməlidir. “Neftçi” klubu kimi bir klubun baş məşqçisi dəyişiklik edir, amma meydana daxil etdiyi futbolçuya hansı mövqedə oynamağı tapşırmır.

Yəqin ki, baş məşqçi “Neftçi”nin “ünlü” futbolçularının “Bakı”nın südəmər körpələri qarşısına aciz qalmasını klub prezidentinə necə anlatacağını düşündüyü üçün, əvəzləmə zamanı nəyi necə etdiyini oyunçusuna başa salmayıb. Gülməlidir, gülməli!



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail