Zabit Səmədov: "Azərbaycanlı idmançılardan heç kimlə dostluq etmirəm"

07.11.2014 | 4898 dəfə oxunub

Oxu.Az-ın “Oyundan kənar” rubrikasının budəfəki qonağı azərbaycanlı K-1 ustası, “Mauqli” ləqəbli idmançı Zabit Səmədovdur.

 - Bir idmançını yetəri qədər tanıya bilərlər, amma bu, onu yetəri qədər sevmək, pərəstiş etmək anlamına gəlməz. Zabit Səmədovu necə tanıyırlar? Necə ailədə böyümüsən?

- İdmançı kimi tanıyırlar, hörmət edirlər. Yəqin ki, yaxşı tanıyırlar. İnanıram ki, sevirlər, sevməsələr sevgilərini bildirməzlər. Onların sevgisi mənə qalibiyyət gücü verir.

Uşaqlıqdan ailəm ilə birlikdə Belarusdayam. Amma qapalı adamam, şəxsi həyatım barədə danışmağı sevmirəm.

 - Daha çox harda olursan? Bakıda, ya Belarusda? Bakıya gəlib uzun müddət  qalmaq fikrin varmı?

- Əslində, tək burda yox, Moskvada, Belarusda da oluram, yəni gedib gəlirəm. Təbii ki, bura mənim vətənimdir, bura uzun müddətlik gəlsəm şad olaram. Bu haqda planlarım var, yəqin ki, tezliklə həyata keçirəcəm.

 - Adətən idmançılar döyüşlərinin sayını unudurlar. Bəs sən neçə döyüş keçirmisən, yadındadırmı?

- Düzünü desəm, mən də unutmuşam. Çox olub, təxminən 100-dən çox olar.

 - Bu döyüş növünü qazanclı hesab etmək olar?

- Əslində, bu, mənim işimdir, təbii ki, qazanacam. Mənim idmanım mənim qazancımdır.

 - Zabit bu illər ərzində nələr qazanıb?

- Çox şey... İdmanın sirlərini və insanların sevgisini qazanmışam.

 - Erməni ilə döyüşməyin fərqi nədir?

- Əsas odur ki, qalib gəlmişəm. Bu, yetər.

 - Kimi özünə rəqib sayırsan?

- Heç kimi.

 - Hansı stadionda hansı oyunu izləmisən?

- Belarusda, Türkiyədə izləmişəm.

 - Bəs bizim komandalardan hansı klub sənə maraqlıdır?

- “Qarabağ” futbol klubu.

 - Yəqin ki, Kliçkonu tanıyırsan. Necə idmançıdır?

- Bəli, tanıyıram, amma münasibətim yoxdu. Normal idmançıdı, amma deməzdim ki, güclüdür. Döyüşlərini bəyənmirəm.

 - Müsahibələrin birində söyləmisən ki, anam döyüşlərimə baxmır...

- Canlı olanda baxmır, çünki əzilirəm. Həmişə mən vurmuram ki, məni də vururlar.

 - Bizim idmançılardan kiminlə dostluq edirsən?

- Heç kəslə dostluq etmirəm, münasibətim yoxdur.

- Badr Hari ilə döyüşün olub. Çətin deyildi ki, onunla döyüşmək?

- Xeyr. O da hamı kimi idmançıdı, yaxın münasibətim yoxdu, amma döyüşümüzün olmağını çox adam istəyir, yəqin olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail