"Xəzər Lənkəran"ın oyunçusu "İnter"ə keçir

12.08.2011 | 4337 dəfə oxunub

Avropa Liqasının II təsnifat mərhələsində uğursuz çıxışdan sonra "Xəzər Lənkəran"ın transferə çıxardığı Dieqo Souzaya təklif gəlib. Stadium.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi karyerasını yenə ölkəmizdə davam etdirə bilər. 

23 yaşlı futbolçu ilə Bakının "İnter" klubu maraqlanır. Artıq tərfələr arasında ilkin danışıqlar da olub.
Yarımmüdafiəçinin "ağ-yaşıllar"la müqaviləsi qüvvədə olduğu üçün "İnter" futbolçu ilə yanaşı, onun klubunu da razı salmalıdır. Yəni, "bankirlər" bu transferin qarşılığında "Xəzər Lənkəran"a müəyyən məbləğ ödəməlidir.
Dieqo Souza "Xəzər Lənkəran"ın ən köhnə legioneridir. Ağasəlim Mircavadov baş məşqçi olduğu zaman komandaya gətirilən Dieqo İqor Ponomaryov və Rasim Karanın vaxtında da əsas heyət futbolçusu olub.

Xatırladaq ki, Dieqo ilə birgə Azərbaycana gəlmiş Mario Souza da "Xəzər Lənkəran"ı "İnter"ə dəyişmişdi. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail