Hafiz Məmmədov "Lans"la yeni müqavilə bağlayacaq?

20.10.2014 | 4176 dəfə oxunub

“Lans”ın prezidenti Jerve Martelin oktyabrın 21-də Azərbaycana edəcəyi səfər öncəsi Fransa mətbuatında müxtəlif xəbərlər yayılıb. Stadium.Az xəbər verir ki, onun məqsədi kluba futbolçu transferi icazəsinin verilməsi üçün zəruri olan 2,5 milyon avronu Hafiz Məmmədovdan almaqdı. Fransa Futbol Federasiyası transfer qadağasını götürmək üçün “Lans”ın hesabında dekabradək azı 4 milyon avro vəsait yerləşdirilməsini tələb edir. Azərbaycanlı səhmdar ötən ay bu pulun 1,5 milyon avrosunu ödəyib.

Fransız həmkarlarımız iddia edir ki, bu pulu ona “Lans”a şərik olmaq istəyən başqa azərbaycanlı biznesmen borc verib. Onların yazdığına görə, Martelin Bakıya səfərində ikinci məqsəd “Lans”a yeni ortaqlar tapmaqdı. Guya o, tərəfdaşını inandırmağa çalışır ki, klubun səhmlərinin bir hissəsini başqa azərbaycanlı biznesmenə satsın. Bildirilir ki, Məmmədov klubun səhmlərini başqa azərbaycanlı oliqarxa satmaq ideyasına qarşıdı. Martelə istinad olunmasa da, qeyd olunur ki, tanınmış iş adamına 3 ay vaxtı verib. Belə ki, o, oktyabrın 30-dan yanvarın 30-dək seçim etməlidi: bu müddətdə “Lans”dan əlini çəkib-çəkməyəcəyini müəyyənləşdirməlidi. 

Martel Bakıya yeni müqavilə bağlamaq niyyəti ilə gəlir. “Bank of Azerbaijan“ın fəaliyyətini bərpa etməyə başlaması klub prezidenti üçün göydəndüşmədi və əməkdaşlıq anlaşmasının ömrünü daha bir neçə il uzadacağına ümidlidi. Çünki Hafiz Məmmədov bu partnyorluğa yeni nəfəs vermək fikrindədi və istəmir ki, başqa bir ölkə, yaxud xarici şirkət “Lans“a iddia etsin. Digər azərbaycanlı biznesmenlərin Liqa 1 təmsilçisini satın almasına gəlincə, bu, yeni söhbət deyil. İndi isə gündəlikdən qalxan məsələdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail