Ansi Aqolli: "Dünya Qarabağı Azərbaycan torpağı kimi tanıyır"

15.10.2014 | 3243 dəfə oxunub

AÇ-2016-nın İ qrupunda keçirilən Serbiya – Albaniya oyunu yaşanan olaylar səbəbindən yarımçıq dayandırıldı. Stadium.Az xəbər verir ki, oyunun ilk yarısının son dəqiqələrində stadiona kənardan idarə edilən oyuncaq helekopterlə “Böyük Albaniya” dövlətinin bayrağı endirilib. Bu zaman isə serbiyalı futbolçular bayrağı parçalamaq istərkən, albaniyalılar olaya müdaxilə edərək bayraqlarını qorumağa çalışıblar. İki tərəf arasına dava-dalaş da bundan sonra yaşanıb və meydana yerli azarkeşlər də daxil olub. Olayda iştirak edənlərdən biri olan “Qarabağ”ın Albaniya millisində çıxış edən üzvü Ansi Aqolli bu barədə belə danışıb:

“Serbiyalı futbolçular bayrağımızı alıb parçalamaq istədilər. Buna imkan verməmək üçün onların üstünə gedib əllərindən aldıq. Məncə çox normal hərəkət etdik. Kim olsa bayrağı üçün bu hərəkəti edərdi. Nəticədə onu – bayrağımızı qorumağa çalışdıq. Kiməsə zərər verəcək bir hərəkət etmədim, amma mənə bir neçə dəfə yumruq atdılar. İnanılmaz bir olay yaşadım. Bizim himnimiz səslənən zaman heç duymadıq belə. Çünki stadionda olan serbiyalı azarkeşlərin uğultusu buna imkan vermədi. Onlar himnimizi də təhqir edirdi. Oyun başlayanda isə əllərində nə vardısa bizə atdılar. Daş və mobil telefonları da bizə atırdılar”.

Bi müddət əvvəl Fransanın Evian şəhərində keçirilən Ermənistan – Serbiya oyununda erməni azarkeşlərin “Qarabağ Ermənistanın, Kosova Serbiyanın” pankartına da münasibət bildirib: “Hər kəs Qarabağın və Kosovanın kimin olduğunu çox yaxşı bilir. Dünya Qarabağı Azərbaycan torpağı, Kosovanı isə müstəqil dövlət kimi tanıyır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail