Nanjinq Olimpiadasının qalibləri mükafatlandırıldı

15.10.2014 | 3517 dəfə oxunub

Azərbaycan Güləş Federasiyasında Nanjinqdə keçirilən yeniyetmələrin II Yay Olimpiya Oyunlarında ölkəmizi uğurla təmsil edən güləşçilərin mükafatlandırma mərasimi olub. Stadium.Az xəbər verir ki, mərasimdə çıxış edən AGF-nin baş katibi Əjdər Cəfərov güləşçiləri və yığma komandanın məşqçilərini təbrik edib, qarşıdakı yarışlarda da əldə olunan bu uğuru davam etdirmələrini arzulayıb:

“Bu qələbədən başgicəllənməsi olmamalıdır. Çalışmalısınız ki, yeni qələbələr qazanaraq xalqımızı, güləş ictimaiyyətini sevindirəsiniz. Sizin hazırlığınız və inkişafınız üçün ölkəmizdə dövlət səviyyəsində mühüm işlər görülür. Ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi, idmanla və idmançılarla şəxsən maraqlanır, onların həm hazırlığı, həm də sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün müvafiq göstərişlər verir. Olimpiya Oyunlarından sonra keçirilmiş görüşdə də siz özünüz bunun əyani şahidi oldunuz.

Federasiya Prezidenti cənab Fazil Məmmədov və I vitse-prezident Namiq Əliyevin adından hər birinizi təbrik edirəm. Bildiyiniz kimi, federasiya rəhbərliyi tərəfindən sizə göstərilən diqqət və qayğı yüksək səviyyədə, etimad isə tamdır. Sizdən tələb olunan isə, yalnız məşq etmək, hazırlaşmaq, qazandığınız bu uğurları gələcəkdə də davam etdirməkdir".

Sonra qaliblərə AGF tərəfindən pul mükafatları təqdim edilib.

Xatırladaq ki, yeniyetmələrin II Yay Olimpiya Oyunlarında güləş yarışları 25-27 avqust tarixlərində keçirilib. 5 iştirakçı ilə təmsil olunan güləş yığmamız 3 qızıl və 2 gümüş medala sahib olub. Qızıl medalları yığmamıza sərbəst güləşçilər Teymur Məmmədov (63 kq) və İqbal Hacızadə (100 kq), yunan-Roma güləşçisi İslambek Dadov (69 kq) qazandırıb. Gümüş medalları isə, qadın güləşçimiz Leyla Qurbanova (52 kq) və yunan-Roma güləşçisi Cabbar Nəcəfov (50 kq) əldə edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail